İslam Peyğəmbəri (sallallahu əleyhi və alihi) buyurur: "Məndən sonra şübhə və bidət əhlini gördükdə onlardan açıq şəkildə bəraət (bezarlıq) edin." (Vəsailuş-şiə, c. 16, səh. 267)

Şeyx Nəzzar Ali-Sunbul / Kamal Heydərinin kitablarının çap edilməsi barədə...
Kamal Heydərinin kitablarının tərcümə edilib yayılması barədə Şeyx Nəzzarın (h) fikri bizim üçün maraqlı oldu. Bu səbəbdən facebook`da ona şəxsi mesaj yazaraq bu barədə sual ünvanladıq. Həmin sual-cavabın screen formasını və tərcüməsini təqdim edirik:


"İslamda yoxdur" kitabına cavab
Əziz möminlər, bir müddət idi ki, azğın Elşad Mirinin "İslamda yoxdur" adlı kitabının axtarışına çıxmışdıq. Bu səbəbdən dolayı, saytmızıda paylaşımlar etmirdik. Allaha şükürlər olsun ki, bu kitabı əldə edə bildik. İnşallah yaxın günlərdə adı çəkilən kitabda yer almış azğın fikirlərə cavablar yazıb saytımızda paylaşacağıq.


Ayətullah Məkarim Şirazinin (h) azğın şəxslərin kitabının çap edilməsi barədə fətvası
Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuhu. Biz Azərbaycanda yaşayan bir qrup möminlərik. Xahiş edirik bu məsələ barədə öz rəyinizi bəyan edəsiniz: Azğın kəslərin azğın fikirləri olmayan kitablarını çap edib yaymaq olarmı? Bir halda ki, əksər möminlər onun azğın fikirlərini bilmir. Amma qorxuruq ki, bu iş həmin bidətçi şəxsin təbliğinə səbəb olsun. Bu cür şəxslərin kitabını çap etdirib yaymaq həmin şəxsi təbliğ etmək sayılırmı? Bu məsələnin şəri hökmü nədir? Xahiş edirik ki, bu işdə bizə nəsihət edəsiniz.


Ğulam Əli AbduzZehra`nın Mübariz Rəhimov qardaşa müraciəti
Hörmətli Mubariz Rehimov! Əvvəla deyim ki, mən bu yazını şəxsim adından yazıram. Burda yazılanlar da özümdən başqa heç kimin rəyini əks etdirmir. Gələk mülahizələrimizə.


BİZİ TƏHQİR ETMƏDƏ İTTİHAM EDƏNLƏRƏ XATIRLATMA
Məqalənin bir-iki yerini kəsib hay-həşir saldılar ki, “Vay bizi təhqir ediblər” filan. Həmin yazını məhz biz paylaşdığımız üçün o yazıda olan yazılar bizim də adımıza bağlandığı üçün münasib gördük ki, bizim də ünvanımıza dair verilmiş reaksiyalara öz münasibətimizi bildirək. Yəni ƏbdülMuntəqim adlı istifadəçinin bu yazdıqlarını paylaşmışıqsa deməli biz də həmin fikirləri qəbul edirik, bu yazını özümüzünki sayırıq və buna gələn iradları da bizim yazımıza gələn irad hesab edirik deyə, istərdik bu barədə onlara öz adımızdan qısa xatırlatma edək.


SEYYİD HƏKİMƏ (h) ATILAN İFTİRAYA CAVAB
İlk öncə demək istərdik ki, bu məqalənin əsas yazılma səbəbi Müqəddəs hədis irsimizin Kamal Heydəri və onun kimi hədis “İŞİD”çilərindən qorunmasıdır. İkinci səbəb isə, Kamal Heydəri və onun ardıcıllarının böyük alim Seyyid Muhəmməd Səid əl-Həkim və onun timsalında başqa böyük alimlərimizin sözlərini təhrif edərək onlara nisbət verdikləri uydurma sözlərin və fikirlərin şərrindən müdafiə etməkdir.


"KAMAL HEYDƏRİ" SƏHİFƏSİNİN NÖVBƏTİ BİABIRÇILIĞI
Deməli təki Kamal Heydəri müdafiə olunsun deyə siz bu yazınızda Şeyx Vəhid Xorasanini, Şeyx Safi Gülpəyqanini, Şeyx Bəşir Nəcəfini və Şeyx Ali Muhsini iftiraçı və yalançı çıxartmağa çalışmısız. “Təki ağam batmasın” prinsipi başınızın üzərindən əskik olmur. Sizin də idarəçiliyində və işlərinin tənzimlənməsində iştirak etdiyiniz 313news saytı və onun idarəçisi Tural Ordubadi dünənə qədər Azərbaycan xalqına “Müsəlmanların xəlifəsi kimdir?” kitabının müəllifi Şeyx Ali Muhsini gözəl və məzhəbi müdafiə edən biri kimi tanıtdırırdı. Amma sizin səhifə bəyan edir ki, sən demə Şeyx Ali Muhsin iftiraçı biriymiş..


KAMAL HEYDƏRİ VƏ SƏQƏLEYN HƏDİSİ
Deməli, əziz möminlər, "Əllamə Kamal Heydəri" səhifəsində nəyə görə dünən bu statusun paylaşılmış olduğunu bildiniz. Çünki səhifənin idarəçisi Samir Azizov "qara məni basınca qoy qaranı mən basım" prinsipi ilə cəld davranmağa çalışıb. Amma yenə də bataqlıqdan nə özü çıxa bildi, nə də ağası Heydərini çıxarda bildi.


"Əllamə Kamal Heydəri" səhifəsinin paylaşdığı bir videoya cavab
"Əllamə Kamal Heydəri" səhifəsinin istifadəçilərinə xüsusən Samir Azizov qardaşa yenə də məsləhət olaraq deyirik ki, "Kamal Heydəri bataqlığı" çox acımasız və dərin bir bataqlıqdır. Biz nə qədər çalışsaq da ki, siz və sizə etimad edənlər o bataqlığa düşməsinlər, yenə də sizin batmaq istəyində israrlı olduğunuzu görürük. Özünüzə yazığınız gəlmirsə, heç olmasa məlumatsız bacı və qardaşlara yazığınız gəlsin.


"Qum tələbəsi" adına layiq olmayan Təbrizin İFTİRASI
"Əllamə Kamal Heydəri" səhifəsində dünən (28.03.2018) "Qum tələbəsi" adına layiq olmayan Təbrizin bizim "Qum tələbəsi Təbrizin Ayətullah Həkimə (h) iftirası" adlı paylaşdığımız məlumata "cavabı" dərc edilib. İlk öncə bu səhifənin istifadəçilərinə məsləhət olaraq deyirik ki, əgər bizim paylaşımlarımıza tədlis və yalandan uzaq şəkildə cavab vermək niyyətiniz varsa, bu tələbənin yazılarına etimad etməyin. Çünki, bunun muğalətə və tədlislə dolu "cavabları" ilə biabır olmaqdan başqa bir yolunuz qalmayacaq.


Facebook`da "Əllamə Kamal Heydəri" səhifəsi ilə ƏbdülMuntəqim Muntəqimi adlı istifadəçi arasında yazışma.
Facebook`da bəzi Kamal Heydəri müdafiəçiləri "Əllamə Kamal Heydəri" adında səhifə açıblar. Onlar bu səhifədə Kamal Heydərinin vəhhabilərə qarşı olan çıxışlarını paylaşmaqla insanların zehnində bu şəxs haqqında müsbət fikirlər formalaşdırmağa çalışırlar. Saytımızda paylaşdığımız məlumatlara qarşı isə heç bir cavab verə bilmirlər. Dünən (27.03.2108) ƏbdülMuntəqim Muntəqimi adlı istifadəçi ilə həmin səhifənin admini arasında qısa yazışma baş tutmuşdur. Həmin yazıların skrin formasını sizlərə təqdim edirik..


Qum tələbəsi Təbrizin Ayətullah Seyyid Həkimə (h) atdığı iftira
Gördüyünüz bu skrin edilmiş şəkildəki yazı Qum tələbəsi Təbrizə aiddir. O, azğın Kamal Heydərinin fikirlərindən təsirlənərək sosial şəbəkələrdə onun fikirlərini yaymaqla məşğuldur. Bu yazısında Ayətullah Seyyid Səid Həkimin əksər hədislərin təhrif olduğunu dediyini iddia edir.



Kamal Heydəri Ayətullah Həkimin (h) adından yalan danışır

Kamal Heydəri Əllamə Kuleyninin (r) adından yalan danışır
Gördüyünüz bu video Kamal Heydərinin yalançı və ya cahil olmasının nümunələrindən biridir. Belə ki, o, bu videoda "əl-Kafi" kitabının müəllifi Əllamə Şeyx Kuleyninin (r) adından yalan danışaraq iddia edir ki, Kuleyni (r) İmam Əlini (əleyhissəlam) digər peyğəmbərlərdən fəzilət cəhətdən aşağı bilirdi...



FACEBOOK`DA BAŞ VERMİŞ FİKİR MÜBADİLƏSİ
Bir müddət öncə bu yazışmanı "münazirə" adı ilə saytımıza yerləşdirmişdik. Tərəflərdən biri, yəni, Samir Əzizov bu yazışmanın saytımızda icazəsiz və "münazirə" adı ilə paylaşmağımızdan narazıçılıq etmişdi. Sonra isə digər tərəf olan ƏbdülMuntəqim adlı profilin sahibi də ondan icazə almadığımızı və bu səbəbdən yazının silinməsinin məsləhətli olduğunu yazmışdı. Düzdür, ikinci tərəf yazısının saytımızda paylaşılmasında bir problemin olmadığını da vurğulayıb. Biz də bu sözləri yazan hər iki tərəfə hörmət əlaməti olaraq yazını saytımızdan sildik. Sonradan isə tərəflərdən biri olan Samir Əzizovun müxtəlif yerlərdə Kamal Heydərini müdafiə edərək tərif etdiyini gördük.Halbuki, özü Kamal Heydəri barədə müəyyən məqamları hələ araşdırmadığını açıq-aşkar qeyd etmişdi. Bu səbəbdən həm bu yazını, həm də bundan sonra ümumidə paylaşılan və Kamal Heydərini müdafiə xarakterli hər hansı önəmli başqa yazıları da saytımızın yeni FACEBOOK bölümündə yerləşdirəcək və facebookda onlara verilmiş tutarlı cavabları da qeyd edəcəyik. Tutarlı cavab görmədikdə isə, özümüz cavab verməyə çalışacağıq.


Kamal Heydəri... Şiə hədis ədəbiyyatını sorğulayan nüfuzlu bir şəxs
Həsən Mustafa adlı bu şəxsin yazdığı "Kamal Heydəri... Şiə hədis ədəbiyyatını sorğulayan nüfuzlu bir şəxs" - adlı məqalə vahhabi fikirlərini yayan məşhur "alarabiya" kanalının saytında nəşr edilib. Məqalə müəllifi Kamal Heydərini "geridə qalmış" və "xurafatla" dolu olan, əsasını "yəhudi və xristianlıqdan keçmə" fikirlər təşkil edən şiə hədis ədəbiyyatını "təmizləməyə" çalışdığı üçün tərifləyir.


YENİ VİDEO

Kamal Heydəri Əllamə Kuleyninin (r) adından yalan danışır!


Nasibi (vəhhabi) Adnan əl-Ərur Kamal Heydəriyə azğın fikirlərinə görə təşəkkür edir!!


Öz gözündə tiri görməyən Kamal Heydəri


Kamal Heydəri: Qiyamət günü Əbu-bəkr və Ömər şiələri hesaba çəkəcək.


KAMAL HEYDƏRİNİN YALANI




Ayətullah Seyyid Sadiq Ruhani Kamal Heydəri barədə verilmiş suallara cavab verir


Kamal Heydəri: Allaha şərik qoşana Qiyamət günü savab veriləcək - əgər dəlili olsa



Qum elmi hövzəsinin bir qrup böyük ustadlarının Kamal Heydəri barədə bəyanatı


Ayətullah Munir Xəbbaz Kamal Heydərinin azğın fikirlərindən birinə cavab verir




Kamal Heydəri - şiəlik üçün təhlükəli sima


Bismillah

Sallallahu əla Muhəmmədin və alihit-tahirin

Bu şəxs özünü şiə alimi və mərcəi-təqlidi olaraq qələmə verir. Lakin şiə əqidəsinin bir çox zəruri inanc əsaslarını inkar etməklə və şiənin böyük alimlərini təhqir edib ələ salmaqla məşğuldur. O, bunları etməklə Əhli-Beyt (ə) məktəbinin müxaliflərinin dəyirmanına da su tökmüş olur. Belə ki, bir çox vəhhabi və sünni saytları onun bəzi çıxışlarını yayaraq şiə məzhəbinə dil uzadır və istehza edirlər. Məhz onun sözlərinə əsaslanaraq şiə hədislərinin yəhudi və xristianlardan gəldiyini deyirlər. Öz sayt və kanallarında "şiənin böyük alimi Kamal Heydəri bunları etiraf edir" deyə car çəkirlər.  Halbuki bu şəxsin şiənin böyük alimi olması bir qırağa, ümumiyyətlə şiə olması şübhə altındadır.

Çox heyif ki, özlərini elm tələbəsi, ruhani və ilahiyatçı adlandıran bəzi şəxslər və həmçinin dinə xidmət etdiklərini düşünən bəzi fəallar da ölkəmizdə bu şəxsi təbliğ etməklə məşğuldurlar.  Onu böyük alim və Əhli-Beyt (ə) məzhəbinin layiqli təmsilçisi adlandırırlar. 

Amma çox təəssüf bu şəxs insanları hidayətə yox, zəlalətə aparmaqla məşğuldur.

Bu saytda Kamal Heydərinin azğın fikirlərini göstərməklə onun əsil simasını üzə çıxarmağa çalışacağıq. Böyük alimlərimizin onun barəsində dediyi fikirləri qeyd edəcəyik. Həmçinin onun bəzi şübhələrinə rəddiyə yazacağıq.

Bu işi görməkdə məqsədimiz əziz İslam Peyğəmbərinin (s) əmrinə əməl etməkdir. Belə ki, Həzrət buyurur:

"Məndən sonra şübhə və bidət əhlini gördükdə onlardan açıq şəkildə bəraət (bezarlıq) edin."

Vəsailuş-şiə, c. 16, səh. 267

Allah təala bizləri Əhli-Beytin (ə) yolundan ayrı salmasın.

QEYD:

KAMAL HEYDƏRİNİN AZĞIN FİKİRLƏRİ HAL-HAZIRDA SAYTDA PAYLAŞDIQLARIMIZLA MƏHDUDLAŞMIR. BUNA GÖRƏ DƏ VAXTAŞIRI OLARAQ SAYTA YENİ MƏLUMATLAR QOYULACAQ.

BİZİ İZLƏMƏYƏ DAVAM EDİN...