Kamal Heydəri Ayətullah Həkimin (h) adından yalan danışır

Bu video Kamal Heydərinin 14.04.2015 tarixində öz rəsmi saytında dərc edilmiş "Məfatihu əməliyyətil-istinbatil-fiqhi" dərsindən götürülmüşdür. Dərsin bütövü aşağıdakı linkdədir.
http://alhaydari.com/ar/2015/04/56238/


Ayətullah Seyyid Səid Həkimin (h) dəftərinin verdiyi cavab

Sual (10 Cəmadius-sani, 1439 h.q.):

Mən görmüşəm ki, cənab seyyid Kamal Heydəri azı üç xaric dərsində Ayətullah Seyid Muhəmməd Səid Həkimin "əl-Muhkəm fi usulil-fiqh" kitabına istinad edərək iddia edir ki, o (Ayətullah Həkim), əksər hədislərdə dəyişdirilmə, yalan və uydurma ehtimalı olduğunu deyir. Bu iddia düzgündür?

 

Cavab:

Xeyr. Düzgün deyil. "əl-Muhkəm" kitabının özünə müraciət etsəniz görərsiniz ki, o (Ayətullah Həkim), bu nəzəri (başqalarının etdiyi) irad adı ilə qeyd edir, daha sonra isə bu irada geniş cavab verir.


Bu isə Kamal Heydərinin azğın fikirlərindən təsirlənmiş və onun fikirlərini sosial şəbəkələrdə yayan Ebelfez Huseyni nikli Qum tələbəsi Təbrizin facebook`da yazdığıdır.