KAMAL HEYDƏRİ VƏ SƏQƏLEYN HƏDİSİ


Bismillah

Sallallahu əla Muhəmmədin və alihit-Tahirin.

 

Dünən (30.03.2018) "Əllamə Seyyid Kamal əl-Heydəri" səhifəsi tədlisindən (hiyləsindən) əl çəkməyərək aşağıdakı statusu paylaşıb:

Bəli, bu statusu paylaşmaqla insanlarda belə bir fikir formalaşdırırlar ki, bu "məzlum" Kamal Heydəriyə atılan iftiralardan biri də budur ki, onu səqəleyn hədisini inkar etməkdə günahlandırırlar. Ola bilsin kimsə hardasa belə bir şey desin. Amma dəyərli şiə alimləri bu azğın Heydəridən fərqli olaraq kiməsə böhtan atma xislətindən çox-çox uzaqdırlar.

 

Bəs niyə o zaman, bu səhifə Heydərinin statusda qeyd edilən sözlərini paylaşıb? Niyə məhz Səqəleyn hədisi? Və niyə Kamal Heydəri bu mövzuya toxunub özünü müdafiə etməyə çalışır? Ümumiyyətlə bu şəxsin xüsusiyyəti budur ki, dediyi sözlərə və yaydığı əqidələrə bəraət qazandırarkən belə tədlis və hiylədən istifadə edir. Məsələn, bir çıxışında deyir ki, şiə hədislərinin çoxu yəhudilərdən keçmədir. Etiraz edildikdə isə Ayətullah Seyyid Həkimin (h) kitabını alıb əlinə bar-bar bağırır ki, bu məndən də betər söz deyir! Halbuki, bu, ağ yalandan başqa bir şey deyil. Yaxud çıxışlarında açıq-aşkar deyir ki, əlimizdə olan hədislər vasitəsilə İmam Zamanın (əccələllahu fərəcəh) doğulduğunu isbat etmək mümkün deyil. Etiraz edirlər ki, a kişi, həmin hədislər təvatür həddindədir, təvatür hədislər əminlik gətirir filan.. Təzədən özünə bəraət qazandırmaq üçün hiyləgərcəsinə çıxıb deyir ki, vay olsun sizə mən nə zaman İmam Zaman ağanı inkar etmişəm?! 

 

Bəli, əziz möminlər bu belə bir adamdır. Çox güman Səqəleyn mövzusunda qeyd etdiyi sözlər də eyni qəbildən olan taktiki gedişlərdir. Diqqət edin ki, çıxıb deyir ki, mənə deyirlər ki, sən Səqəleyn hədisini qəbul etmirsən, axı mən belə kitab yazmışam, elə eləmişəm və s. Halbuki, bu azğına edilən irad onun səqəleyn hədisini inkar etməsi deyil. Məsələ tamam başqa cürdür. Mətləbi tam anlamaq üçün ilk öncə xahiş edirik ki, yeni tərcümə etdiyimiz bu videonu sona qədər izləyəsiniz:

Gördüyünüz kimi, bu adam əvvəllər vəhhabilərlə mübarizə apardığı zaman azı iki çıxışında açıq-aşkar Səqəleyn hədisinin şiə mənbələrində MÜTƏVATİR olduğunu qəbul edir və alimlərdən sitatlar gətirərək bunu isbat edir. Lakin üstündən bir neçə il keçdikdən sonra xaric dərslərinin birində deyir ki, səqəleyn hədisi şiə mənbəsində təvatür deyil və şiə kitablarında cəmi 2-3 mötəbər hədis var bu barədə. Bəs neyləyək?? Deyir ki, BU MÖVZUDA ƏSAS MÜRACİƏT EDİLƏSİ MƏNBƏ ƏHLİ-SÜNNƏ MƏNBƏSİDİR!!! Bax, əsas məsələ budur!! Bu şəxsə qarşı səqəleyn hədisi ilə bağlı edilən irad da elə budur.

 

Əziz möminlər, aşağıda yükləmək üçün yerləşdirdiyimiz bu iki cild kitabda yalnız şiə mənbələrindən nəql edilmiş səqəleyn hədisləri qeyd olunmuşdur. Görəsən bu qədər sənədi olan bir hədis mütəvatir deyilsə, o zaman mütəvatir nədir bəs?

 

Download
Səqəleyn hədisi Əhli-Beyt mənbələrində 1-ci cild
موسوعة كتاب الله وأهل البيت في حديث الثق
Adobe Acrobat Document 15.4 MB
Download
Səqəleyn hədisi Əhli-Beyt mənbələrində 2-ci cild
موسوعة كتاب الله وأهل البيت في حديث الثق
Adobe Acrobat Document 11.4 MB

Səqəleyn hədisinin şiə mənbələrində mütəvatir olduğunu inkar etmək üçün ya gərək cahil olasan, ya da ki.... Hədislərmizin əksərindən də çoxuna YƏHUDİ, XAÇPƏRƏST və MƏCUSİ hədisi deyən bir şəxsdən belə bir söz eşitmək əslində çox da təəccüblü olmamalıdır.

 

 

Əziz möminlər, tərcümə etdiyimiz bu yeni video facebook`da 20.05.2016 tarixində Elməddin Ər-Rafizi adlı istifadəçi tərəfindən tərcüməsiz variantda paylaşılmışdı (aşağıdakı screen`ə baxın).

Həmin zamanda da "Əllamə Kamal əl-Heydəri" səhifəsinin hal-hazırda idarəçilərindən olan Samir Azizov "ağama toz qonmasın" prinsipi ilə Kamalı müdafiə etməyə çalışmışdı. Onun yazısının screen formasını aşağıda dərc etmişik:

Bəli... Şəxsiyyətpərəstlik nə pis bir xəstəlik imiş!! Diqqət edin, əziz möminlər. Samir Azizov belə bir cümlə işlədir: "Kamal Heydəri səqəleyn hədisini qətiyyus-sudur bilir və bunun mütəvatirdən də üstün olduğunu deyir." Bununla da Samir qardaşımız belə bir təəssürat yaratmaq istəyir ki, Kamal Heydəri bu hədisə TƏVATÜRDƏN DƏ ÜSTÜN BİR BAXIŞLA BAXIR!! Cənab Samir Azizov, söhbət onun bu hədisi qətiyyus-sudur bilib bilməməyində deyil. Söhbət bundadır ki, bu şəxs mənbələrimizdə açıq-aşkar TƏVATÜR həddində olan, saysız-hesabsız sənədi olan bir hədis barədə deyir ki, bu TƏVATÜR DEYİL!!! Ola bilsin, məlumatsız möminlər təvatürün nə olduğunu bilmirlər, bunu sizdəmi bilmirsiniz, Samir Azizov?! Bu adam günün günorta vaxtı elə bil GÜNƏŞİ inkar edir! Fərqində deyilsinizmi?!

 

Sonra Samir Azizov belə yazır: "Səqəleyn hədisinə şübhə ilə baxıldığı görsənsə də əsli belə deyildir." Samir bəy, bu videolardan heç də ağanızın səqəleyn hədisinə şübhə ilə baxması görsənmir. Məsələ budur ki, HƏDİSLƏRMİZİN ƏKSƏRİNDƏN ÇOXUNU YƏHUDİ UYDURMASI SAYAN BU ADAM SAYSIZ HESABSIZ SƏNƏDLƏRİ OLAN SƏQƏLEYN HƏDİSİ BARƏDƏ DEYİR Kİ TƏVATÜR DEYİL!!

 

Sonra yazır: "Bu şəxs ayrı üslubla nəyisə isbat edirsə, nəticə dəyişmir yenə Əhli-Beytin (ə) müdafiəsidir." Adam bilmir vallah, gülsün yoxsa ağlasın... Deməli, nəticə dəyişməmək şərti ilə aşkar həqiqətləri inkar etmək caizdir sizə görə? Hardan çıxartdınız bu qaydanı? Məsələn, deyə bilərik ki, İmam Əlinin (ə) imam təyin edilməsi şiə mənbələrində sabit deyil, bunu yalnız əhli-sünnə mənbələri vasitəsilə sübut edə bilərik?! Sizin üçün nə fərqi var ki, əsas nəticədi də! Yəni siz doğrudan da bu sözlərin nəticəsi nəyə və hara aparır bunu başa düşmürsünüz?? Bu adam açıq-aşkar Səqəleyn hədisləri üçün əsas mənbənin ƏHLİ-SÜNNƏ alimlərinin yazdıqlarında olduğunu deyir. Əvvəla bu AĞ YALANDIR. Onun bu yalanını bilmək üçün videoda həmin söhbətindən əvvəlki çıxışlarını görmək kifayətdir. İkincisi də, düşmən dəyirmanına su tökməkdir. Düşməni özümüzə güldürməkdir!!

 

Deməli, əziz möminlər, "Əllamə Kamal Heydəri" səhifəsində nəyə görə dünən bu statusun paylaşılmış olduğunu bildiniz. Çünki səhifənin idarəçisi Samir Azizov "qara məni basınca qoy qaranı mən basım" prinsipi ilə cəld davranmağa çalışıb. Amma yenə də bataqlıqdan nə özü çıxa bildi, nə də ağası Heydərini çıxarda bildi.

 

Əlbəttə mümkündür başqa səbəb də olsun. Amma hər nə səbəb olsa da, nəticə tədlis və həqiqətdən yayındırmaqdan başqa bir şey deyil.

 

ihticac.com