Ayətullah Seyyid Sadiq Ruhani

Kamal Heydəri barədə verilmiş suallara cavab verir

Sual:

Seyyid Kamal Heydərinin “Şiə hədis irsinin çoxu, hətta “Təfsiri-Qummi” kitabı bizə Kəb Əhbardan, yəhudilərdən, xristianlardan və atəşpərəstlərdən keçib.” – sözü barədə rəyiniz nədir?

 

Cavab:

Allahın adı ilə

Bu söz, onu deyənin (Kamal Heydərinin) məsum İmamların (ə) və onların seçilmiş səhabələrinin İmamların (ə) hədislərinin uydurma hədislərdən, dəyişkənlikdən və ixtilafdan uzaq tutmaq üçün göstərdikləri cəhdlərdən cahil olduğunu göstərir. Ən pis düşmənlərimizin belə bizim əzəmətli hədis irsimizə qarşı törətdiyi cinayəti bu sözün deyənin (Kamal Heydərinin) cinayətindən daha böyük bilmirəm.

 

MƏNBƏ:

http://www.rohani.ir/ar/idetail/6365/


Sual:

Sizin ofisiniz Seyyid Kamal Heydəri ilə elmi müzakirə apararaq ona (bu barədə) nəsihət edibmi? Yoxsa heç bir nəsihət etmədiyiniz halda bir başa onun barədə fətva vermisiniz?

 

Cavab:

Bizim bu şəxslə heç bir şəxsi problemimiz yoxdur. Biz sadəcə bu şəxsin fikirlərinə qarşıyıq. Mərcəiyyət əvvəlcədən bu şəxsə qarşı fikir bildirmək istəmirdi. Əksinə ilk öncə elmi-hovzənin bir qrup fəzilətli şəxslərindən ibarət bir qrup vasitəsilə o şəxsə nəsihət verilməsi ilə kifayətləndik. Amma təəssüflər olsun ki, bunun heç bir faydası olmadı. Buna görə də onun azğın fikirləri barədə öz mövqeyimizi aşkar etməyə məcbur olduq. Biz bu işi görməklə özümüzün şəri vəzifəmizə əməl etmişik. Bu şəri vəzifəni bizə Peyğəmbər (s) özünün məşhur hədisində bəyan edib: “Bidət ortaya çıxdıqda, alim öz elmini ortaya qoymalıdır. Əgər bu işi yerinə yetirməsə, Allahın lənəti ona şamil olar.”

 

MƏNBƏ:

http://www.rohani.ir/ar/idetail/6355/-p-style--text-align--justify-----span-style------


Sual:

Seyyidin (yəni Ayətullah Ruhaninin) rəddiyyə verərkən bir çoxlarının xoşlamadığı “cahil və ya inadkar” sözlərini işlətməsinin səbəbi nədir? Burada bəziləri deyir ki, niyə seyyid bu şübhələrə elmi rəddiyyə vermir? Xüsusən axır vaxtlarda seyyid Kamal Heydəri çıxıb bu avam insanlar arasında şübhələr yayır. Bir çox cavanlarımız bu sualı verirlər. Sizdən cavab verməyinizi xahiş edirik.

 

Cavab:

Allahın adı ilə

Kim məsumların (ə) yolunu azmışlar və inadkarlar barədə olan hədislərinə baxsa görəcək ki, onlar bu şəxslərə qarşı iki üslubdan istifadə ediblər. Onlardan biri bu şəxslərin fikirləri barədə rəylərini bildirərək onları cahil, zəlalət əhli və s. kimi vəsflərlə tanıtdırıblar. Digər üslub isə onlara rəddiyyə verməkləri olub. Bu iki üslubun hər birinin istifadə olunmalı olduğu yerlər mövcuddur. Biz bu şəxsin şübhələrinə və (alimlərin) sözləri ilə oyun oynamasına rəddiyyə verərkən hər iki üslubdan istifadə etmişik. Necə ki, bu bizim cavablarımızı izləyənlərə gizli deyil.

 

MƏNBƏ:

http://www.rohani.ir/ar/idetail/6356/-p-style--text-align--justify-----span-style------


KAMAL HEYDƏRİ BARƏDƏ SEYYİD RUHANİNİN DİGƏR CAVABLARINI DA TƏRCÜMƏ EDƏCƏYİK.

BİZİ İZLƏMƏYƏ DAVAM EDİN...