"Qum tələbəsi" adına layiq olmayan Təbrizin İFTİRASI


Bismillah

Sallallahu əla Muhəmmədin və alihit-Tahirin

 

"Əllamə Kamal Heydəri" səhifəsində bu gün (28.03.2018) "Qum tələbəsi" adına layiq olmayan Təbrizin bizim "Qum tələbəsi Təbrizin Ayətullah Həkimə (h) iftirası" adlı paylaşdığımız məlumata "cavabı" dərc edilib. İlk öncə bu səhifənin istifadəçilərinə məsləhət olaraq deyirik ki, əgər bizim paylaşımlarımıza tədlis və yalandan uzaq şəkildə cavab vermək niyyətiniz varsa, bu tələbənin yazılarına etimad etməyin. Çünki, bunun muğalətə və tədlislə dolu "cavabları" ilə biabır olmaqdan başqa bir yolunuz qalmayacaq.

 

Əziz möminlər, biz "Qum tələbəsi" adına layiq olmayan bu şəxsin aşağıdakı yazısını paylaşaraq onun Ayətullah Seyyid Həkimə (h) açıq-aşkar iftira atdığını qeyd etmişdik: 

Qeyd etmişdik ki, o, bu iftiranı azğın Seyyid Kamal Heydəridən götürmüşdür. Bundan sonra o, "Əllamə Kamal Heydəri" səhifəsi vasitəsilə bu biabırçılığını ört-basdır etmək üçün bizə cavab verməyə çalışmışdır. Bunu da qeyd edək ki, saytımızda Ayətullah Seyyid Həkimin (h) dəftərinə bu barədə ünvanlanmış bir sualı və dəftər tərəfdən ona verilən cavabı da paylaşmışdıq:

Sual (10 Cəmadius-sani, 1439 h.q.):
Mən görmüşəm ki, cənab seyyid Kamal Heydəri azı üç xaric dərsində Ayətullah Seyid Muhəmməd Səid Həkimin "əl-Muhkəm fi usulil-fiqh" kitabına istinad edərək iddia edir ki, o (Ayətullah Həkim), əksər hədislərdə dəyişdirilmə, yalan və uydurma ehtimalı olduğunu deyir. Bu iddia düzgündür?
Cavab:
Xeyr. Düzgün deyil. "əl-Muhkəm" kitabının özünə müraciət etsəniz görərsiniz ki, o (Ayətullah Həkim), bu nəzəri (başqalarının etdiyi) irad adı ilə qeyd edir, daha sonra isə bu irada geniş cavab verir.

Beləliklə "Qum tələbəsi" adına layiq olmayan Təbriz bizim bu paylaşımımıza "cavab" verməyə başlayır:

Feysbukda paylaşdığım statusların birində, rəy bölümündə hədislərin təhrif edilməsi barədə Nəcəf hövzəsinin təqlid mərcələrindən olan Ayətullah Seyyid Səid Әl-Həkimin görüşünü qeyd etmişəm. "İhticac.com" adlı sayt bu rəyimi screen edib "Qum tələbəsi" başlığı altında paylaşıb. Paylaşımın başlığından məlum olur ki, xəbər paylaşan dəstə adətləri üzrə məsələni elmi müzakirə müstəvisindən çıxardaraq şəxs üzərində qurublar. Әks təqdirdə, paylaşıma "Qum tələbəsi" başlağı atmağa başqa anlam vermək olmur. Hamı bilir ki, mən, ilk hövzə təhsilimi Nəcəfdə almışam, hətta, Nəcəfdə oxuduğum üçün özümə "Nəcəfi" təxəllüsünü seçmişəm. Hazırda Qum şəhərində təhsil almağım o demək deyil ki, həmin dəstə bunları görməməzlikdən gəlsin. Әn azı Nəcəf və Qum tələbəsi yaza bilərdilər. 

İlk öncə bunu qeyd edək ki, Təbrizin yazısından bu məlum olur ki, o, yuxarıda dərc etdiyimiz skrindəki sözlərini təsdiq edir və bu fikrin doğrudan da  Ayətullah Seyyid Həkimə (h) aid olduğunu açıq-aşkar bəyan edir. Çünki yazır: "Feysbukda paylaşdığım statusların birində, rəy bölümündə hədislərin təhrif edilməsi barədə Nəcəf hövzəsinin təqlid mərcələrindən olan Ayətullah Seyyid Səid Әl-Həkimin görüşünü qeyd etmişəm.Yəni, o, bir daha deyir ki, Ayətullah Seyyid Həkim (h) əlimizdə olan hədislərin əksəriyyətinin təhrifə uğradığı görüşündədir. 

 

Sonra isə bizim ona "Qum tələbəsi" deməyimizi təhqir kimi qəbul edir. Bilməyənlər bilsin ki, Təbriz adlı bu tələbə hal-hazırda bir çox dəyərli və böyük ustadların olduğu Qum elmi hövzəsində tələbəçilik edir. Buna görə də biz ona "Qum tələbəsi" demişik. Məgər Qum tələbəsi olmaq təhqirdir?! Bizim üçün fərqi yoxdur Qum tələbəsi oldun ya Nəcəf, yalançı və azğın hər iki halda da yalançı və azğındır!!

 

Daha sonra Təbriz yazır:

Cavabda olan əsas problem hardadır? Gəlin sizə əsas problemi elə Seyyid Həkimin öz kitabından dəlil-sübutla deyim. İstiftaatda qeyd olunub ki, təhriflə bağlı söz Seyyid Həkimin öz sözü deyil, irad qismində qeyd olunan sözdür və sonra həmin irada cavab verir. Yaxşı, sual yaranır ki, görəsən bu iradı kimlər edir? Həə, burası çox maraqlıdır. Seyyid Həkim "Әl-Muhkəm fi usulil-fiqh" kitabında 3- cü cilddə, səhifə 207-də belə yazır: ‎
المقام الأول: في حجج النافين.. ‎فقد حكي القول بعدم حجية خبر الواحد مطلقا عن جماعة من الأعيان، كالسيدين والقاضي والطبرسي وابن إدريس، بل ربما نسب إلى المفيد والشيخ (قدس سرهما) 
"1-ci məqam: İnkar edənlərin dəlilləri. Bir dəstə böyük alimlərdən vahid xəbərin mütləq şəkildə dəlil olmadığı hekayət olunub, Seyyideyn (Seyyid Mürtəza və Seyyid Rəzi), Qazi, Təbərsi, ibn İdiris kimi... Hətta Şeyx Mufid və Şeyx Tusiyə də nisbət verildiyi olub..." Gördüyünüz kimi, Seyyid Həkim bu sözü irad qismində yazıb deməklə iş bitmir, əksinə daha da mürəkkəbləşir. Çünki sual yaranır ki, görəsən bunu inkar edənlər kimlərdir? Seyyid Həkim yazır ki, həmin dəstə Seyydi Mürtəza, Seyyid Rəzi, Qazi, Təbərsi, İbn İdrisdir, hətta bəziləri bu sözləri Şeyx Müfid və Şeyx Tusiyə də nisbət veriblər.

Burada Təbriz azğın Kamal Heydərinin yolunu mahircəsinə davam etdirərək necə deyərlər malı mala qatmaqla məşğuldur. Deməli, oxucunu həqiqətdən yayındıraraq demək istəyir ki, burada iki variant var. O da budur ki, bu fikir (əksər hədislərin təhrif olması) ya Seyyid Həkimə (h) aiddir, yaxud da onun adlarını çəkdiyi Seyyid Mürtəza, Seyyid Rəzi və s. alimlərə. 

 

Əvvəla, cənab "Qum tələbələrinin üz qarası" Təbriz! Camaatı aldatma! Burada bəhs bunun üzərindədir ki, Seyyid Səid Həkimə (h) iftira atılıb ya yox? Sən və sənin "bəhrələndiyin" azğın Kamal Heydəri deyir ki, Seyyid Həkim (h) əksər hədislərmizi təhrif olunmuş sayır. Bu göz qabağındadır. Sənin də dediyin, Kamal Heydərinin də. Adları çəkilən dəyərli alimlər belə söz deyiblər ya yox bu ikinci mövzudur. Hələ ilk öncə Seyyidə (h) atdığın bu iftiraya cavab ver! Gah nala, gah da mıxa niyə vurursan ki?! 

 

Əziz möminlər, bizim iddiamız budur ki, bu Təbriz və azğın Kamal Heydəri Ayətullah Seyyid Həkimə (h) iftira ataraq deyirlər ki, guya Seyyid (h) əlimizdə olan hədislərin əksəriyyətinin təhrifə uğradığı qənaətindədir. Yuxarıda da göstərdik ki, Təbriz artıq ikinci dəfə bu görüşün Seyyid Həkimə (h) aid olduğunu deyir.  Əgər Seyyid Həkimin (h) nəzərinin bu olmadığı sabit olsa, bu iki şəxsin (Təbriz və Heydərinin) iftirası sübuta yetmiş sayılacaq. Elə isə, gəlin dəyərli alim Ayətullah Seyyid Həkimin (h) kitabına müraciət edək və məsələnin həqiqətini öz gözlərimizlə görək.

İlk öncə görək, Ayətullah Seyyid Həkim (h) əlimizdə olan hədisləri uydurma sayırmı? Aşağıda şəklini gördüyünüz kitab, Seyyidin (h) "əl-Muhkəm fi usulil-fiqh" adlı kitabın 3-cü cildidir:

Kitabın yüklənmə linki:

Bu kitabın 207-ci səhifəsindən etibarən Seyyid Həkim (h) xəbəri-vahidi höccət bilməyənlərin dəlillərini qeyd etməyə başlayır: 

Sarı rənglənmiş yerdə Seyyid (h) yazır:

"Birinci məqam: (Vahid xəbərlərin) höcciyyətini inkar edənlərin dəlilləri."

Daha sonra Seyyid (h) başlayır xəbəri-vahidin höccət olmamasını deyənlərin dəlillərini bir-bir qeyd etməyə. Dəlillərdən bəzisi isə zahirindən hədislərmizdə çoxlu təhriflərin mövcudluğu başa düşülən hədislərdir. Həmin hədisləri qeyd etdikdən sonra, 216-ci səhifədə Seyyid (h) onlar barədə belə yazır:

Səhifənin sonunda yazır:

İstər qədim istərsə də sonrakı əshabın sirəsi  barədə düşündükdən sonra, bu (qeyd etdiyimiz) rəvayətlərə söykənməyə bir yol qalmır.

Söhbət əlbəttə ki, hədislərin dəlil olmadığnı bildirən rəvayətlər barədədir. Seyyid (h) aşkar şəkildə bildirir ki, bu rəvayətlərə söykənmək olmaz.

217-ci səhifədə isə belə yazır:

Çərçivəyə alınmış hissədə Seyyid (h) belə yazır:

Güman olunan budur ki, bu hədislər məxsus bir zamana aiddir. O zamana aiddir ki, həmin vaxtda siqə şəxslərin kitablarında(kı hədislərə) etimad etməyə mane olan yalan, qarışıqlıq və kənar əllər (uydurmalar) çoxalmışdı. Amma həmin hədis kitablarını imamlara (əleyhimussəlam) təqdim etməklə, səhabələrin hədisləri nəql etmədə şiddətli dərəcədə ehtiyat etmələrinə səbəb olan ayıqlığı ilə, hədislərin kitablarda yazılmasına kifayətlənməmələri ilə və digər səbəblərə görə bu (hal), aradan getdi. Hansı ki, onların siqə şəxslərdən gələn xəbərləri (hədisləri) qəbul etmədə olan adətləri də buna şahiddir. Necə ki, biz buna işarə etdik. Həmçinin bu barədə (vahid xəbəri) höccət bilənlərin dəlillərinə baş vurduğumuzda da söhbət edəcəyik, inşallah.

Əlavə olaraq irəlidə bəhsi gələcək çoxlu hədislər mövcuddur ki, onların zahiri qəti şəkildə siqə şəxslərin Əhli-Beytdən (ə) nəql etdiyi  xəbərləri (hədisləri) qəbul etməyi bildirir. Buna görə də bu cür hədislər ola-ola burada zikr etdiyimiz hədislərə (uydurma ehtimalına görə vahid xəbərləri qəbul etmək olmaz-deyən hədislərə) söykənməyə bir yol qalmır.  

Gördüyünüz kimi, burada Seyyid Həkim (h) açıq-aşkar öz nəzərini bəyan edir. Bildirir ki, həmin hədislər təhrif və yalanın çox olduğu zamana aiddir. İmamlarmız (ə) öz səhabələri üçün müəyyən qaydalar qoydu və səhabələr o dövürdəki hədis kitablarını imamalara (ə) təqdim etməklə hədislərdə olan yalan və uydurmaların qarşısını aldılar. Yəni, vahid xəbərin höccət olmamasını deyən hədislər bizim dövrə və hal-hazırda əlimizdə olan hədislərə aid deyil. Bu Ayətullah Seyyid Həkimin (h) açıq şəkildə bildirdiyi nəzəridir. 

Əziz möminlər, indi isə "Qum tələbəsi" adına layiq olmayan Təbrizin Seyyid (h) barədə yazdığı sözlərə baxın:

Utanmadan və çəkinmədən açıq-aşkar iftira ataraq deyir ki, "Ayətullah Seyid Səid Həkim əl-muhkəm fi usulil-fiqh əsərində xəbəri vahid bölümündə heç çəkinmədən aşkar deyir ki, hədislərimizin əksəriyyəti təhrif olunub."

Halbuki, Seyyidin (h) aşkar şəkildə söylədiyi nəzəri özünüz də oxudunuz. Əgər Seyyid (h) hal-hazırda əlimizdə olan hədislərin əksəriyyətini uydurma bilsəydi o zaman inkarçıların dəlillərində qeyd etdiyi hədislərə söykənməyi doğru sayardı.

Seyyid Həkimin (h) bu sözlərini Təbriz özü də görüb deyə hiyləgərcəsinə "qara məni basınca qoy qaranı mən basım" prinsipi ilə belə yazır:

Mümkündür qarşı tərəf öz iddialarına şahid olaraq Seyyid Həkimin adı çəkilən kitabda səhifə 217 də qeyd etdiyi sözləri gətirsin. Belə ki, Seyyid Həkim, həmin səhifədə imamların səhabələrinin hədis qəbulunda olduqca diqqətli və ehtiyatlı olduqlarını, bununla da hədis kitablarında mövcud olan uydurma hədislərin aradan getdiyini yazır (cild 3, səh 217). Lakin bu sözün özü də bir qədər mübahislədir. Səbəbi də budur ki, Seyyid Həkim, kitabın 214-cü səhifəsində yazır ki, hədislərin dəlil ola bilməyəcəyinə dair qeyd olunan bəzi rəvayətlər ola bilsin hədislərdə olan uydurmalara görədir.

Ar olsun! Budurmu sənin elmin? Niyə camaatı aldadırsan? Məlumatsız kəsləri aldada bilərsən ama bizi isə, əsla. Deməli, əziz möminlər fikir verin. Başqalarını elmsizlikdə ittiham edən, bu "elm tuluğu" necə hiyləgərlik edir. Əvvəla Seyyid Həkimin (h) 217-ci səhifədə dediyi sözləri tərcümə etmir. Əgər onu tam tərcümə edib camaata göstərsəydi, məsələnin bunun əleyhinə olduğunu hamı görərdi. Biz həmin hissənin tərcüməsini vermişik yuxarıda, əgər kimsə diqqətsiz oxuyubsa xahiş edirik qayıdıb bir də oxusun ki, bu "Qum tələbələrinin üz qarası"nın hiyləsini tam başa düşə bilsin. Seyyid (h) 217-ci səhifədə aşkar surətdə yazır ki, hədislərin dəlil ola bilməyəcəyini deyən rəvayətlər səhabələrin dövrünə aiddi. Həmin vaxtda imamların (ə) göstərişi ilə səhabələr hədislərdə olduqca diqqətli və ehtiyatlı davranaraq uydurmaların qarşısını aldılar. YƏNİ O HƏDİSLƏRİ İNDİKİ HƏDİSLƏRMİZƏ TƏTBİQ ETMİRİK, BU O DÖVRƏ AİDDİR! Bunu başa düşmək üçün, xüsusi fitri istedad lazım deyil. Bir qədər diqqət olsa hər şey aydın olar.

Sonra bu Təbriz yazır ki, Seyyidin bu sözü mübahisəlidir. Səbəbi isə budur ki, Seyyid Həkim, kitabın 214-cü səhifəsində yazır ki, hədislərin dəlil ola bilməyəcəyinə dair qeyd olunan bəzi rəvayətlər ola bilsin hədislərdə olan uydurmalara görədir.

Təbriz cənabları! Bəli Seyyid (h) deyir ki, həmin qeyd olunmuş rəvayətlər hədislərdə olan uydurmalara görədir. Axırda da (217-də) deyir ki, bu uydurma da o dövrlərdə çox idi, uydurma hədislər səhih hədislərə çox qarışmışdı, ama imamların səhabələrinin səyi nəticəsində BU YOX OLDU GETDİ ARADAN! İNDİ NƏTİCƏ NƏ OLUR? Sadə şəkildə səbəb nəticə də qura bilmirsən sən? Nəticə budur ki, həmin hədislər elə həmin dövrlərə aiddir, bizim dövrə yox. Buna görə də lap sonda Seyyid (h) belə deyir: "BU HƏDİSLƏRƏ (Hədslərin dəlil ola bilməyəcəyini deyən rəvayətlərə) söykənməyə bir yol qalmır." Başqa hansı dildə deyək ki, sən başa düşəsən?!

 

Deməli, "AYƏTULLAH SEYYİD HƏKİM (h) ƏLİMİZDƏ OLAN HƏDİSLƏRİN ƏKSƏRİNİ TƏHRİF OLUNMUŞ SAYIR" iddiası ona qarşı atılmış çox çirkin və böyük bir iftiradır! 

 

Daha sonra qəhrəmanımız yalan və iftira çirkabına bir az da bulaşaraq belə yazır:

Daha sonra isə belə yazır: ‎وهو موجود في أغلب الاخبار التي بأيدينا "O (uydurma hədislər) əlimizdə olan əksər hədislərdə vardır...". Seyyidin sözünə diqqət edin! Deyirmə uydurma sözlər əlimizdə olan hədislərin əksəriyyətində vardır. .

Niyə yalan danışırsan axı? Seyyid harda bu sözləri deyir? Əziz möminlər Seyyidin (h) buradakı ərəbcə sözlərinin mənası belədir: O, əlimizdə olan əksər hədislərdə mövcuddur. "Elm tuluğu" Təbriz isə mötərizədə izah verərək "uydurma hədislər" yazır. Yəni guya Seyyid (h) əlimizdə olan hədislərin əksərinə uydurma deyir. Gəlin həmin yerə kitabın özündə baxaq:

214-cü səhifədə Seyyid (h) yazır:

Bu məqamda mühüm olan bu rəvayətlərdir (hədislərin dəlil ola bilməyəcəyinə dair qeyd olunan rəvayətlər). Çünki çox olmaları və məzmunlarının oxşar olmaları ilə yanaşı, zahirən bunu bildirirlər ki, xəbərlərin höccət olmaması onların batilliyinə görə yox, uydurma ehtimalının olması ucbatından yaranan yalan ehtimalına görədir. Və o (EHTİMAL), əlimizdə olan əksər hədislərdə mövcuddur. Elə isə, bu rəvayətlər zahirən hədislərə əməl etməyi yalnız onların Quran və məlum sünnədən qəti dəlillərlə qüvvətləndiyi surətə bağlayır və təkcə siqə şəxslərin onları nəql etməsi, qəbul edilmələri üçün kifayət deyil.

 

Əvvəla Seyyid (h) əvvəldə "bu məqamda" sözünü işlədir. Sual yaranır ki, bu məqam hansı məqamdır? Baxırıq 207-ci səhifəyə (skrin şəkli yuxarıda dərc edilib). Seyyid (h) yazır ki, "Birinci məqam: (Vahid xəbərlərin) höcciyyətini inkar edənlərin dəlilləri." O, bu sözləri də elə həmin məqam daxilində yazır. Deməli, Seyyid vahid xəbəri höccət saymayanların dəlillərindən danışır və bu rəvayətlərin bu məqamda ən mühüm dəlil olmalarını qeyd edir. Sonra isə yazır ki, bu hədislər digər rəvayətləri qəbul etməyi qəti dəlillər olmadan ona görə qadağan edir ki, həmin hədislərdə uydurma ehtimalı var. Və deyir: "O (Uydurma və yaxud yalan ehtimalı) əlimizdə olan əksər hədislərdə var." Burada bir qədər dayanaq. Təbriz həzrətləri Seyyidin (h) sözünü belə tərcümə edir: "O (uydurma hədislər) əlimizdə olan əksər hədislərdə vardır..." Bunun sözlərindən belə başa düşülür ki, Seyyid (h) əlimizdə olan hədislərin əksərinin yalan və uydurma olduğunu deyir. Halbuki, dəyərli alim "əksər hədislərdə bu ehtimalın olduğunu" deyir. Heç utanmırsanmı, cənab Təbriz? "İhtimalud-dəssi və huvə..." deyəndə zəmir "dəss" kəliməsinə qayıdır ya "ehtimal", ay "elm tuluğu"??!! Biri var ki, mən deyirəm sənin yalan danışma ehtimalın var, biri də var ki deyirəm sən YALANÇISAN!! Bu iki ifadə arasında fərqi başa düşənlər bu iki tərcümə arasındakı fərqi də başa düşərlər.

 

Əziz möminlər, indi kimdi İFTİRA ATAN?? Xahiş edirik insafla qərar verin. Seyyid (h) yazır ki, yalan ehtimalı əksər hədislərdə var. Bu "elm tuluğu" isə yazır ki, "əksər hədislər uydurmadır". Bununla bu şəxsin Seyyidə (h) iftira atması bir daha məlum olur.Bunun müdafiə etdiyi Kamal Heydəri də eyni oyunu oynayır. Çıxışında açıq-aşkar deyir ki, şiə hədislərinin əksəri yəhudilərdəndir. Seyyidin (h) kitabını da alıb əlinə bar-bar bağırır ki, məni qınayırsız ki, mən hədislərmizə yəhudidən gəlmə uydurmalar demişəm, baxın müasir alimlərmizdən Seyyid Həkim (h) də bunu deyir. Halbuki, Seyyidin (h) tam əks mövqedə olması məlum oldu. 

 

İndi isə gəlin bu ehtimal məsələsini bir qədər izah edək ki, heç kimə heç nə qaranlıq qalmasın. Əziz möminlər, hədislərdə yalan ehtimalının olması onun yalan olması demək deyil. Məsələn, deyək ki, İmam (ə) bizə buyurur: "Yeməyi sağ əllə yeyin!" Fərz edək ki, bu hədisin sənədi səhihdir. Bu o deməkdir ki, bu hədis 100 faiz İmamın (ə) dilindən çıxıb? Xeyr, Mümkündü səhv olsun, mümkündü yalan olsun. Amma digər dəlillər bizə deyir ki, belə bir xəbərdə yalan ehtimalı olsa da, əgər siqə tərəfdən səhih sənədlə nəql edilirsə sən onu qəbul et! Əlbəttə burada yalan ehtimalı dedikdə, 5-10 faiz bəlkə də daha az nəzərdə tutulur. Çünki sənədin səhih olması onun yalan olma ehtimalını bir xeyli azaldır. Əgər hədisin sənədi zəif olsa onun yalan ehtimalı çoxalır və o hədisi qəbul etmirik. Deməli hər iki halda hədisin yalan olma ehtimalı var, sadəcə birində ehtimal çox, digərində isə azdır.

 

Əgər bu sözü Seyyidə (h) nisbət versək, o zaman deyərik ki, Seyyid (h) burada onu demək istəyir ki, dəlil kimi gətirilən bu rəvayətlər uydurma ehtimalı olduğuna görə hədisləri tərk etməyi bildirir. Əlimizdə olan hədislərdə də uydurma ehtimalı var, elə isə bu dəlilə əsasən bu ehtimala xatir hədislərmizi tərk etməliyik. BUNU İRAD QİSMİNDƏ QEYD EDİR. Yəni, bu hədisləri hazırda əlimizdə olan hədislərə tətbiq edib, onları qəbul etməmək, bu əsasa görədir və inkarçıların dəlillərində olan meyar budur.

Bu bəhsin sonunda (216-217-ci səhifələrdə) dediklərinin mənası isə budur ki, bu rəvayətlər hədislərmizin yalan və uydurma xəbərlərlə çox qarışdığı dövrə aiddir. Yəni həmin dövürlərdə nəql etdiyin hədislərin uydurma olmasına çox böyük bir ehtimal yaranırdı. Çünki yalan və uydurmalar səhih hədslər arasında geniş yayılmışdı. Buna görə də Seyyid (h) deyir ki, amma bu hal artıq yox olub. Lap indiki hədislərmizdə yalan ehtimalı olsa da, bu hədislər (əməl etməyi qadağan edən hədislər) bu cür faiz miqdarı az olan ehtimallara aid deyil.  

 

Biz burada söhbəti uzadıb sırf həmin sözün Seyyidə (h) yaxud başqasına aid olmasını bəhs etməyə hələ ki, lüzum görmürük. Çünki hər iki halda bu "elm tuluğunun" dediyi hasil olmur. 

 

Nəticə etibarı ilə, məlum oldu ki, Təbriz və onun "dəyərli" alimi azğın Kamal Heydəri həqiqətən də Seyyid Səid Həkimə (h) iftira atırlar.

 

Sonda isə Təbrizə"Əllamə Kamal Heydəri" səhifəsinin idarəçilərinə (hansı ki, onlardan biri də Samir Azizovdur), bir qardaş məsləhəti vermək istəyirik. Bilirik ki, təbiətin acımasız qanunlarından biri də budur ki, bataqlıqda batan birini xilas etmək üçün o bataqlığa girən şəxsin özü də hökmən batmalıdır. Siz də cəhalət, inadkarlıq və təkəbbürlük kimi çırkablarla dolu olan bataqlıqda batan Kamal Heydərini xilas etmək üçün o bataqlığa girmisiniz. Halbuki, özünüzün də onunla birlikdə batmağınızdan xəbəriniz yoxdur. Məsləhətimiz budur ki, nə qədər ki, gec deyil çıxın bu bataqlıqdan. Əks halda onunla birlikdə siz də batmağa məhkumsunuz.

 

ihticac.com