Ğulam Əli AbduzZehra`nın Mübariz Rəhimov qardaşa müraciəti


Bu yazı  Ğulam Əli AbduzZehra adlı fb istidaçisinin Mübariz Rehimov adlı qardaşa onun etdiyi video çıxış barədə yazdığı statusdur. Biz onu olduğu kimi copy/paste etmişik.

Allahın salamı olsun möminlərə!

 

Hörmətli Mubariz Rehimov! Əvvəla deyim ki, mən bu yazını şəxsim adından yazıram. Burda yazılanlar da özümdən başqa heç kimin rəyini əks etdirmir. Gələk mülahizələrimizə.


1) İlk öncə deyim ki, göstərdiyiniz təşəbbüs təqdirə layiqdir və əgər niyyətinizdə doğrusunuzsa Allah əcrini versin. Lakin seçdiyiniz məqsəd üçün istifadə etdiyiniz tərz heç də təqdirə layiq deyil. Söhbətinizin əvvəlindən axırına qədər dəfələrlə qardaş dediyiniz Samir Əzizov və digərlərindən fərqli olaraq şiə olduqlarını etiraf etdiyiniz şəxslərə qarşı qardaş deyərək müraciətinizi görmədik. Bu sizin münaqişə tərəflərinə olan bir tərəfli qayğınızın ilk göstəricisi idi. Lakin buna görə biz sizə irad tuta bilmərik. Kimə qardaş kimə dost deyəcəyini hər kəs kimi siz özünüz bilərsiniz.


2) Xitabınızın əvvəlindən axırına birtərəfli mühakimə yürüdürsünüz. Bu sizin 1) Qeyd etdiyiniz kimi heç də məzhəb,din təəssübü çəkdiyinizin yox, əslində elə qarşı tərəfi qoruma altına aldığınızın, 2-cisi isə ədalətli mühakimə edə bilməməyinizin bariz göstəricisidir. Böyük dalaşanların hər ikisinə bir şillə vursa böyük olar. Daha bir tərəfi qapazdıyıb özününkünü tumarlamaz . Qısacası ailədaxili münaqişə adlandırdığınız bu mübahislərdə sizdən ögey qardaş müamiləsi gördük. Siz sülhməramlı missiyanızı ədalətsiz davranışınızla puç etdiz. Təəssüf!


3) Nə İhticac saytının adminləriylə nə də Kamal Heydəri və onun müdafiəçilərinə rəddiyə yazan şəxslərlə heç bir əlaqəm olmadığı halda və indiyə qədər şəxsi mövqeyimdən çıxış edərək yazdığım cəmi bir məqaləyə görə adımı bu videonuzda hallandırmağınızı anlamıram. Halbuki, siz mənim özümə başqa qardaşlarla elədiyiniz kimi şəxsi etirazınızı şəxsidə edə bilərdiniz. Səbəb kimi məqalənin ihticac saytında dərc olunmağını əsas tutursunuzsa,gərək biləsiniz ki, sosial şəbəkələrin yazılmamış qanunu olan şəxsi profillərin ümumiyə açıq olması mənim məqaləni ümumkütləyə təqdim etməyimə, onlara da bu məqaləni icazəsiz paylaşmağa əsas verir. Kim yazısının paylaşmağından narazıdırsa səhifəsini başqalarının üzünə bağlaya bilər. Buna baxmayaraq o qardaşların ehtiyac olmadığı halda icazə istəmələrinə görə təşəkkür edirəm


4) Hökm edərcəsinə etdiyiniz çıxışınızı insanların niyyətlərini mühakimə etməklə tamamlayırsınız.Bu niyyət məsələsinin üstündə çox dayanmayacam. Ancaq bilin ki heç kimin niyyətini sorğulamağa haqqınız yoxdur.

 
5) Siz deyəsən hələ də bu münaqişələrin kim tərəfindən başlayaraq alovlanmasını yaxşı ayırd edə bilməmisiniz. Bağlanmasını istədiyiniz sayt sizin dostlarınızın Kamal Heydərinin kitabını çap etdirməklə başladıqları təbliğ kompaniyasının əleyhinə yaradılıb. Hər kim yaradıbsa Allah razı olsun. Və onu da qeyd edim ki , burda hər iki tərəfi qıcıqlandırıcı sözlərdən çəkindirməyinizə baxmayaraq, 313 saytının adminlərindən olan bir şəxsin acıq verərcəsinə “çıxdı eee çıxdııı” başlığı ilə paylaşdığı tanıtımda, bir şəxsin qarşı tərəfi qıcıqlandırarcasına yazdığı “ indi yenə düşəcəklər ortaya ki dindən çıxmışın niyə kitabını tərcümə eləmisiz....))” rəydə “dunen ujee payini alib bir nefer)))) deyə yazdığınız rəy hələdə durur. Mən Kamal Heydərinin fikirləri ilə razı deyiləm deyəndə, təbliğ etmirəm deyəndə nə qədər səmimisiz Mubariz bəy?! Niyə videonuzda bütün ittihamları bir tərəfə yıxıb,camaata özünüzü və admin yoldaşlarınızı “süddən çıxmış ağ qaşıq” kimi təqdim edirsiz?! 


6) Gizli adlarla yazırlar sözünüzə gəldikdə. Təbriz Qasımov adlı şəxs Ebelfez Huseyni deyə profil işlədə bilər, amma başqaları yox? Siz özünüzdə xüsusi imtiyazları hardan əldə eləmisiz axı? Deyəcəksiniz ki, o artıq tanınır, deyəciyik ki , onu yaxın ətrafı tanıdığı kimi , bizi də lazım olan adamlar tanıyır. Şəxsən mən nə heç kimdən çəkinmirəm, nə də qorxmuram. Gizli adla yazmağımın səbəbi isə,sadə camaatdan olan kiminsə yersiz təəssübünə görə sabah rastlaşanda əhli beytin kəlamlarından dediyim sözə mənə olan ədavətinə görə qulaq qapamaması üçündür. Bu profili sizin də qeyd etdiyiniz azğın yəmani firqəsi ilə mübarizə aparmaq üçün açmışdım. Lakin nə edim ki, cavab verə bilmədiklərini gördükdə, onlar da “Heydəri” səhifəsinin adminləri kimi məni bloka atıb yazılarımı silirlər. Mən də” zərər zərərdir kimdən olduğunun fərqi yoxdur” düşüncəsi ilə zərərini daha xətərli gördüyüm şəxslərə qarşı bu profillə mübarizə aparıram. Mən bədbəxt hardan bilərdim ki, adımın gizli olmağı müxatəb olduğum şəxsləri yazdıqlarımdan çox maraqlandıracaq. Axı siz də həmişə “Sözü deyənə yox, nə dediyinə baxın.” Bəs nə oldu indi yazılanlar qalıb qıraqda düşmüsüz şəxslərin axtarışına.Nə isə . Özünüz bilərsiz . Axtarın. Axtaran tapar.


7) Şəxsən mən bu məqaləmə qədər heç bir yerdə nə 313 saytının adını hallandırmışam, nə də barələrində əks təbliğat aparmışam. Ən azından dişi-dırnağı ilə əziyyət çəkib iş görən insanların əziyyətinə xor baxmağı özümə sığışdırmaram. Etdikləri gözəl işlərinə görə təşəkkür edir və Allahdan əzəmətli əcr diləyirəm. Ancaq bu onlara əsas vermir ki, məzhəbin daşını daş üstə qoymayan Kamal Heydəryə və açıq aşkar deyirəm, onun təbliğçisi Təbrizə (Samir Əzizova bir azdan gələcəm) 313 saytında meydan verısinlər. Ən azından bu şəxslər gərək özlərinə hörmət edərək adını Hadis.313news.net qoyduqları səhifədə “Hədislərimizin əksəriyyəti yəhudilərdəndir” deyən şəxsin təbliğinin aparmasınlar,əksinə, gərək birinci özləri etiraz etsinlər. Ya da səhifənin adını dəyişsinlər. Yenə də mən bu şəxslərin barəsində tələbələrdən heç də savadları və dünya görüşləri az olmayan şəxslər olduqlarını güman etdiyim üçün onlardan xahiş edirəm ki, bəzi mənfur niyyətli şəxslərin əlində oyuncağa çevrilməsinlər. Yenə də əvvəlki illərdəki kimi,Qur`an və əhli beyt irsinə sığınaraq fəaliyyətlərini tam sürətlə davam etdirsinlər. Allah müvəffəq eləsin. Ancaq əvvəlcə o münhırif şəxsin məlumatlarını səhifələrindən silsinlər və bir daha qeyd etməsinlər ki. biz də onlarla üz-göz olmaq məcburiyyətində qalmayaq. Əks təqdirdə sona qədər onların barəsində başlamadığım mübarizəni başlamalı olacam.


8) Cənab Mubariz! İsrarla Kamal Heydərini “fəqih” və “müçtehid” adlandırırsız. Bunu bir dəfəlik yadınızda saxlayın ki, nə o şəxs öz içtihadını isbat edib, nə kiminsə onun barəsində içtihad şəhadətnaməsi var. Elmi hovzələrdə heç bir ustad onun içtihad sahibi olduğunu dilinə gətimir. Bircə bizim alimnümalarımızdan başqa. Odur ki, istifadə etdiyiniz sözləri diqqətli seçin ki,camaatı bağlamaq istədiyiniz mövzunu yenidən açmaq məcburiyyətində qoymayasınız.


9) Mubariz bəy! Siz qarşı tərəfi quranilərlə mübarizə aparmağa çağırırsınız, Amma hələ də anlamamısınız ki, Kamal Heydərinin iddiası quraniliyin başqa cür formasıdır. İnsan və bəşər sözləri ifadə və yazılış baxımından fərqli olsa da , məna baxımından eyni şeyə dəlalət edir. Ağıllı,şüurlu,danışan canlıya. Heydərinin iddiası ilə quranilik də eyni ilə bu cürdür. Bir az məsələyə diqqətlə yanaşsaz özünüz də bunu təsdiqləyəcəksiniz. Odur ki, buyurun mübarizə aparın. 


10) Vəhhabilərlə mubarizəyə gəldikdə, vəhhabilərin bu günə qədər şiələri Şiəliyin Abdullah ibn Səba adlı bir yəhudi (və ya məcusi) tərəfindən yaradıldığı ilə, Şiələrin yəhudilərdən və məcusilərdən yarandığı ilə ittiham etdiklərini unutmusuz? Kamal Heydərinin dediyi “Hədislərimizin əksəri yəhudilərdəndir” sözü ilə bu söz arasında elə böyük fərq var? Buyurun müdafiə edin. 


11) Samir Əzizova gəldikdə. Mən o şəxslə nə real həyatda (həmçinin sizinlə də) nə də virtualda müxatəb olmamışam. Barəsində icmali məlumatım var idi. Bəzi verilişlərdəki çıxışlarına qısa da olsa baxmışdım. Onu deyim ki, mən bu şəxsi əxlaqlı, elmli bir şəxs kimi tanıyırdım. Əvvəllər də onun bəzi fikirləri ilə razı olmamışam.Lakin heç bir zaman onunla nə elmi nə də başqa mövzu barəsində müzakirəyə qoşulmamışam. Ancaq son hadisələrdən sonra ona olan fikrim tam əksinə doğru dəyişdi. Hərçənd ki, tanımadığı birinin onun barəsində mənfi düşünməsinin onun üçün nə qədər əhəmiyyəti var ya yox bilmirəm, yenə də bilsin ki onun bəhslərdə etdiyi insafsız davranış, bu şəxsə olan ehtiramımı aradan apardı. Üstəlik bilmədiyini etiraf elədiyi məsələlər olduğu halda təbliğ səhifəsini təsis etməsi odun üstünə benzin tökmək idi. Özü bilər. Olmuşların və olacaqsa əgər olacaqların məsuliyyəti öz üzərindədir. Heç kimi günahlandırmasın.


12) İnsanların niyyətini mühakimə edərək dediyiniz növbəti sözə gəldikdə. Siz qarşı tərəfi saytı silmədikləri halda məqsədlərinin sırf Kamal Heydəri ilə şəxsi qərəz olduğunu vurğulamısınız. Saytı silərlər silməzlər özləri bilər, mənim ona heç bir müdaxiləm və təsirim yoxdur. Bir daha qeyd edirəm ki , mən şəxsim adından , mənim adımı haqsız yerə çəkdiyiniz üçün danışıram. Hərçənd ki, məsləhətim aşağıda qeyd edəcəyim şərtlər yerinə yetirilmədikcə ,saytın silinməməsi yolundadır. Ancaq yenə də özləri bilər. Onlar sizinlə razılaşıb saytı silsələr belə, mən ehtiyac duyduğum məsələlərdə etirazımı şəxsən bildirəcəm. Və bunu xüsusi ilə vurğulamaq istəyirəm. KAMAL HEYDƏRİ VƏ ONU TƏBLİĞ EDƏNLƏRLƏ MƏNİM QƏRƏZİM VAR. SƏBƏB KAMAL HEYDƏRİ VƏ ONUN TƏBLİĞİDİR. BU SIRANIN BAŞINDA TƏBRİZ NƏCƏFİ, SAMİR ƏZİZOV VƏ ONDAN SONRA DA KİM BU İŞƏ QOŞULSA ONLAR OLACAQ. BUNU BİLİN. Sayt bağlanılmasa sizin də onlara qoşulacağınızı deyirsiniz. Buyurun! Şəxsi istəklərinizə görə batil bildiyiniz kəsi müdafiə edəcəksinizsə özünüzdən başqa heç kimə heç nə edə bilməzsiniz. Nə qədər fəaliyyət etsəniz o qədər cavab alacaqsınız. Nə qədər təkfirçi, şərəfsiz,nakişi kimi sözlərlə camaati narahat etsəz, qat qat artığını cavab olaraq alacaqsınız. Nə qədər də, ədəbli, elmi yazı yazsanız onun mislində cavab alacaqsınız. Atmacalarınızı yığışdırın ki, ortamı soyuda biləsiniz.


Və sonda bütün bu iftilafların başında dayanan, indi isə harda pusquda durub izlədiyi bilinməyən o Təbrizə gəldikdə isə, bilin ki, Samir Əzizovla bahəm həmin şəxs, sən daxil 313 saytının adminlərini güdaza verib və verəcək. Sən sadəlövh çıxaraq ortada özünü həlak eləmə. Get Allaha xatir az olsun, ixlaslı olsun niyyəti ilə nə bacarırsan təbliğini elə. . Allah müvəffəq eləsin. Təbriz kimi azmış və azdırıcıların əlində alət olma . Bunu da qeyd edim ki, mənim nəzərimdə Təbrizlə Samir Əzizov eyni tərəzidə deyil. Samir Əzizov Təbriz kimi hələ imanını bütünlüklə oyuncağa çevirməyib. Özünü onunla bir tərəziyə qoyduğu müddətdə elə onunla davranıldığı kimi Samir Əzizovla da davranılacaq. Oyanmağın vaxtıdır. Samir Əzizov vaxt itirir. Bu sözlərim 313 adminlərinə də aiddir. Məni də yazdığım bircə məqaləyə görə bu söz söhbətlərə başqa çıxış yolu olduğu halda bu cür qatdığın üçün sənə etirazımı bildirirəm. Verdiyin andlara gəldikdə isə, Vallah səmimi olaraq edilən xahiş, hətta əmr belə, (şəxsi görüşümə görə) səmimi olmayan anddan daha yaxşıdır. Bir də məni heç nəyə and vermə.


Sonda məni İhticacın bağlanmasında vasitəçi olmağa çağırmısan. Bir daha qeyd edirəm. İstəyirsən inan istəyirsən inanma. Mənim o şəxslərin kimliyi haqqında məlumatım,onlarla əlaqəm, onların üzərində təsir qüvvəm yoxdur. Bəlkə də tanıdığım dostlardan kimsə, bəlkə tanımadığım, bəlkə də tanıdığım zəhləm getdiyi adamlardandır.)) Bilmirəm kimlərdir. Ən yaxşı halda onlardan xahiş edə bilərəm. Qalanı onların öhdəsinə qalır. Təbii ki, o xahişi də deyəcəyim şərtlər əsasında edərəm.

 

1) Kamal Heydərinin Azərbaycanda bütün vasitələrlə aparılan təbliği dayandırılsın. Kitablarından qalanları dükanlardan yığılsın. Azərbaycan dilininə tərcümə olunmuş bütün videoları silinsin. Və onu bu vaxta qədər təbliğ edən kəslər onun azğınlığını camaata elan etsin. Lap mənim burdan Yasir əl-Həbibin, Allahyarinin, Müctəba Şirazinin azğın olduğunu və möminlərin onlardan uzaq durmaqlarının gərəkli olduğunu bəyan etdiyim kimi. Hərçənd ki, siz bunu məndən tələb etməmisiniz.


2) 313 saytı onu təbliğ etdiyi üçün səhifədə bəyannamə paylaşsın. Və bir daha qətiyyən onun hər hansı bir vəchlə təbliğini etməmələrinə dair söz versin. Alim qəhətdi məgər? 


3) Sabah vəhhabilər tərəfindən Kamal Heydərinin videoları şiələrə qarşı istifadə olunduqda heç kim, kimisə onu münhərif adlandıraraq cavab verdiyi üçün qınamasın. Qısacası, Kamal Heydəri həm tərəfdarları tərəfindən təbliğ olaraq həm düşmənlər tərəfindən şiələrə qarşı vasitə olaraq istifadə olunduqda,və onlara etiraz etdikdə kimsə məni günahkar bilməsin.

 

Bu şərtlər yerinə yetirildikdən sonra, mən öz öhdəmə düşənləri yerinə yetirməyə hazıram. Yəni bu bəhslər ətrafında keçən bütün yazışmalarımı silməyi, və ihticac saytının bağlanması üçün xahiş etməyi, hətta xahiş etmək üçün, saytın bağlanması üçün yollar axtaracağıma və ciddi cəhdlər edəcəyimə dair söz verirəm. Siz eliyin mən də eliyin. 
Şərtlər əməl olunmadığı təqdirdə isə bütün cəhdlərimlə mübarizə aparacağımı qetd edirəm. Yaxşı danışsaz yaxşı, pis danışsaz pis.

Bütün bunlar hamısı bir yana. Arada bu söhbətlərdən narahat olan bütün sadə mömin və möminələrdən, əgər onların narahatçılığına səbəb olmuşamsa öz adımdan üzr və halallıq istəyirəm.

Allahdan başqa mütləq qüdrət sahibi və ondan başqa tovfiq əta edən yoxdur. Hamımız ona tərəf qayıdacağıq. Allah cümləmizin xətalarını bağışlasın. Və bizləri Əhli beytə ləyaqətli kəslər qərar versin.

 

Vəssalamu aleykum

Ğulam Əli AbduzZehra

 

ihticac.com