"KAMAL HEYDƏRİ" SƏHİFƏSİNİN NÖVBƏTİ BİABIRÇILIĞI


Bismillah

Sallallahu əla Muhəmmədin və alihi-Tahirin

 

Dünən (31.03.2018) "Əllamə Kamal Heydəri" səhifəsi tədlis və hiyləsinə sadiq qalaraq yeni bir biabırçı yazı paylaşmışdır. Yazıda cavab olaraq əsasən ƏbdülMuntəqim Muntəqimi adlı istifadəçinin Samir Azizovla yazışmasındakı sözlərini hədəfə almışlar. Lakin yenə də bataqlıqda bir qədər də dərinə batmışlar. Bu gün (01.04.2018) saytımızın e-mail ünvanına ƏbdülMuntəqim Muntəqimi adlı istifadəçidən bir məktub daxil oldu. Həmin məktubda ƏbdülMuntəqim onların yazdığı bu biabırçılığa cavabını göndərərək bizdən xahiş etdi ki, onun bu yazısını saytımızda dərc edək. Biz də müsbət cavab verib onu saytımızda paylaşırıq.

 

Qardaşımızın cavabını dərc etməzdən əvvəl bunu qeyd edək ki, o, yazısının bəzi yerlərində Kamal Heydərinin "İmam Zamanın (əccələllahu fərəcəh) doğumu" ilə bağlı dediyi dərsindən sitatlar gətirir. Həmin video aşağıdakıdır:

Bu videonun Kamal Heydərinin rəsmi səhifəsi tərəfindən paylaşılmış versiyası isə budur:

Bunu da qeyd edək ki, rəsmi səhifə tərəfindən paylaşılmış bu videoda bəzi hissələr kəsilmişdir. Bunu xüsusən bizləri videoları kəsməkdə ittiham edən kəslərin nəzərinə çatdırmaq üçün deyirik. 

 

Beləliklə, ƏbdülMuntəqim Muntəqimi adlı qardaşımızın yazısını təqdim edirik:


Bismillahir-rahmənir-rahim

Əssəlamu əleykə ya Bəqiyyətəllah!

 

Bu gün (31.03.2018) “Əllamə Kamal Heydəri” səhifəsi və o səhifəni idarə edənlər (onlardan biri də məhz Samir Əzizovdur) öz ağıllarına görə tədlisdə və hansısa alimin üzünə durmaqda Kamal Heydəridən dala qalmayan bir “tələbə”-nin köməkliyi ilə guya mənim Samir Əzizovla yazışmamdan birinə cavab veriblər. Atalar qəşəng deyib: “Utanmasan oynamağa nə varki?” Bunlara kömək edən “tələbə” həmişəki kimi “cavabı” uzadaraq, lazımsız yerlərə girərək, olmayan şeyləri özündən əlavə edib, Kamal Heydərinin sözündə olan lakin özünə sərf etməyən yerləri isə ixtisar edib. Təki qıraqdan kimsə baxanda “filan şeyə cavab veriblər” –desinlər. Bəs vicdan? Bəs şərəf? Ola bilər bunlar Kamal Heydərini yersiz müdafiə etmək üçün axtarışa çıxanda çoxlu “əziyyət çəkdikləri” üçün bu vicdan və şərəfi ağır yük hesab ediblər və kənara atıblar. Amma qorxuram belə getsə sonradan o vicdan və şərəfi harda atdıqlarını yaddan çıxaracaqlar və bir ömür elə hal-hazırda olduqları şəkildə yəni “vicdansız” və “şərəfsiz” şəkildə həyat sürməyə davam edəcəklər. Amma qardaş kimi məsləhətimizi xatırladırıq və deyirik ki, yazıqsız, cavansız, Kamal Heydəri kimi birisi üçün inanın olan-qalan mənəvi dəyərlərinizi bu qədər itirməyə dəyməz.

 

Yadıma düşmüşkən bunu da deyim ki, Seyyid Səid Həkimlə bağlı iftiranıza ihticac.com saytı tərəfindən yazılmış cavaba reaksiya bildirmədən dəyərli müctəhidimizə atılmış həmin iftira və yalanı hələ də səhifənizdə bəh-bəhlə nümayiş etdirməyiniz və bunun üzərindən də yeni biabırçı bir yazı yazmağınız "vicdan" və "şərəf"inizin ayrıca bir  göstəricisidir.

 

Cavaba keçməmişdən bunu qeyd edim ki, burada istifadə etdiyimiz “vicdansız”, “şərəfsiz” və digər bir az ağır görünən sözlərimə görə heç kim məni qınamasın və səhifə idarəçiləri, həmçinin onlara kömək edən “tələbəcik” növbəti dəfə bu cür cavab verəndə sətirləri uzatmaq üçün durub “əxlaq” dərsi keçməsinlər. Axı mən bunu kimisə təhqir üçün yazmamışam. Elə sizin “elmindən” istifadə etdiyiniz “Qum tələbəsi" adına layiq olmayan Təbriz özü deyir ki, qarşı tərəfi bu cür sözlərlə vəsfləndirib cavab verərkən bu təhqir sayılmır, tənqid sayılır. Çünki mənim bu sözüm sizin səhifənin bizi (Kamal Heydərini azğın hesab edənləri) “təkfirçi” adlandırmasına cavabdı. Bildiyiniz kimi bu “təkfirçi” sözü hal-hazırda arvad-uşaq tanımadan qarşı əqidədə olan şəxsin canını və namusunu halal bilən və öz namusunu Suriya və İraq küçələrinə atan vahhabilərə deyilir. Biz burada həm o Təbrizə, həm sizin “Əllamə Kamal Heydəri” səhifəsinə və onu idarə edənlərin hamısına xüsusən onlardan bizə məlum olan Samir Əzizova xatırladıb deyirik ki, youtube’a diqqətlə baxsanız əsasən ərəb vahhabi kanallarının (hətta azərbaycanca olan müəyyən vahhabi kanalları da bu siyahıya daxildir) öz lehlərinə istifadə etdikləri şəxs və onların dəyirmanına su tökən şəxs məhz sizin müdafiə etdiyiniz Kamal Heydəridir. Buna görə də namussuz, vicdansız, şərəfsiz olan həmin o təkfirçi vahhabilərlə eyni cərgədə durmaq məhz sizə yaraşır. Ona görə də hal-hazırda məhz siz həmin xüsusiyyətə malik olan insanlarla eyni cərgədə sayılırsız. Yəqin ki, atalarımızın “atı atın yanına bağlasan, həmrəng olmasa da, həmxasiyyət olar” sözünü unutmamısınız. Odur ki, gələn yazılarınızda ritorikanıza fikir verin ki, əsl xüsusiyyətlərinizi burada digər insanlara izah etmək məcburiyyətində qalmayaq. Nə isə...

 

Cavaba gəlincə:

 

Kamal Heydəriyə haqsızlıq edildiyini bağırırlar. Amma görən haqsızlıq edilibmi? İlk öncə deyim ki, bu şəxslərin bizim avam insanlara “Əllamə” olaraq soxuşdurduqları bu azğın başqalarının kitablarındakı fikirlərini götürür və özünün kəşf etdiyi fikirlər olaraq təqdim edir. Bu barədə geniş video və hətta kitabçalar belə ərəb dilində hazırlanmışdır. Ərəb dilindən məlumatı olanlar “Kamal Heydərinin elmi oğurluqları” adı altında olan məqalə, kitab və videolara müraciət edə bilərlər. Eləcə də bu videoda Kamal Heydərinin danışdığı “Seyyid Xoyi mənhəcinə görə İmam Məhdinin dünyaya gəlməsi sabit olmayıb” fikri onun öz sözü deyil. Bu sözü illər əvvəl ilk öncə müctəhidləri, daha sonra İmam Məhdi ilə görüşənləri, daha sonra İmam Məhdinin 4 xüsusi naibini, daha sonra İmam Məhdinin dünyaya gəlməsini, daha sonra isə ümumən İmam Məhdini inkar edən və sonradan ümumən imaməti inkar edən Əhməd Əl-Katib adlı bir şəxs deyib. Kamal Heydəri də bu bəhsi və İmam Zamanla görüşməyin qeyri mümkün olması bəhsini məhz Əhməd Əl-Katibdən götürüb.

 

Indi isə keçək video barədə olan fikirlərə:

Bu azğın Heydəri videonun birinci dəqiqəsində deyir ki,

“Qumda və Nəcəfdə olanlara VACİBDİR Kİ, MƏNİM BU SUALIMA CAVAB VERSİNLƏR. Görəsən sənəd mənhəci ilə İmam Zamanın dünyaya gəlməsi sabit olub ya yox?”

 

Adam rəsmən ataların “keçinin buynuzu gicişəndə başını çobanın çomağına sürtər” misalındakı keçi rolunu ifadə edir. Durub məcbur edir ki, durun mənə yağlı bir çomaqla zərbə vurun. Bu ağılda olan insanı müdafiə edən də ancaq və ancaq axmaq biri olar. Çünki atalarımız deyir ki, “özü yıxılan ağlamaz”. Çomaq istəyib, çomaq da görüb. Niyə ağlayır ki?

 

“Qəhrəmanımız” uzun-uzadı və mənasız yazılarla “cavabın” tutarlı olması təəssüratı yaratmağa çalışsa da, həmişəki kimi yalan və iftiralarını gözdən gizlətməyi bacarmayıb. Diqqət edin bu arsız “qəhrəmanımız” nə yazır:

 

Subhanallah! Kimliyi bəlli olmayan bu insan iftirayla mübarizə apardığını iddia etdiyi halda nədən özü bir başqasına iftira atır görəsən? Seyyid Kamal həmin video çıxışında "İmam Zamanın dünyaya gəlməsi Seyyid Xoyi mənhəcinə əsasən isbat olunmayıb" sözünü hansı formada və mənada deyib? Mütləq şəkildə bunu inkar edir? Yoxsa isbat sözündən məqsədi hansısa xüsusi növ isbatdır? Başqalarına iftira damğası vurmaqla məşğul olan Әbdulmüntəqim adlı məchul şəxs görəsən Seyyid Kamalın sözlərini niyə təhrif edir? Avam camaatın müdafiəsində duran bu şəxs, nə oldu da indi avam kütləni çaşdırmaqla məşğuldur?

Dəfələrlə təkrar edib deyirik ki, hər şeydən əvvəl adam gərək vicdanını itirməyə... Cənab müəllif, özünüz cavab verin öz sualınıza görəsən Kamal Heydəri “Seyyid Xoyi mənhəcinə əsasən isbat olmayıb” sözünü hansı formada və mənada deyib? Biz görəsən nəyi təhrif etmişik? “Qəhrəman” müəllif bizi çox gözlətmədən tez öz vicdanını kənara atıb “cavab” verməyə çalışır. “Qəhrəmanımız” Kamal Heydərinin güclə boynuna qoyub deyir ki, “Seyyid Kamal həmin videoda xüsusi növ yəqini qəsd edir”. Məşhur kinodakı “yalansa fransuzkıy ilan vursun səni” məsəlindəki “fransuzkıy” sözünü “qəhrəmanlarımızın” dediyi “xüsusi-yəqin”lə əvəz edib deyirik ki, yalansa xüsusi yəqinə malik ilan vursun sizi.)) Axı bu sözü yazanda vicdanınızı harada itirmişdiniz? Guya Kamalın həmin videosuna baxmamısınız? Həmin videoda Kamal Heydəri nə zaman xüsusi növ yəqindən danışıb? Açıq-aşkar bu hədislərin mütəvatir olmamasını “isbat” etməyə çalışır. Necə ki, aşağıda yerlərini dəqiq göstərəcəyəm. Bu “qəhrəmanlarımız” demək istəyirlər ki, Kamal Heydəri bu hədislərin mütəvatir olduğunu inkar etmir. Sadəcə mütəvatir vasitəsilə xüsusi yəqin əldə oluna bilməyəcəyini deyir. Kamal Heydəri demişkən, “Vay olsun sizə, vay olsun ağlınıza. Necə hökm edirsiniz?”

 

Deməli, Heydəri aşağıdakı həmin mövzunu danışdığı videonun 5-ci dəqiqəsində arsız-arsız tələbələrinə deyir:

"Siz özünüz bəhsi-xaric ustadlarısız (?) və bəhsi-xariclərdə oturursuz və təbliğə gedirsiz. Bir nəfər durub desə ki, siz ki, İmam Məhdinin var olmasına etiqad edirsiz onun dünyaya gəlməsi barədə dəliliniz nədir? Deyəcəksiz ki, bizim 100-lərlə hədisimiz var? Deyəcək ki, heç olmasa 5 dənə səhih hədis gətirin ki, alimləriniz desinlər ki, o hədislər səhihdir. Təbii ki, zehninizdə olsun ki, 5 dənə hədis kifayətdir ya yox? Kifayət deyil. Çünki İmam Zamanın dünyaya gəlməsi tarixi məsələ deyil, əqidəvi məsələdir. Biz istəyirik ki, İmamın dünyaya gəlməsini isbat edək. Yoxsa biz xəbəri-vahid əldə etmək istəsəydik, xəbəri-vahid qət (yəqin) gətirir, yoxsa zənn? Zənn gətirir. Sən indi əqidəni zənn üzərində qurmaq istəyirsən? Bəli xəbəri vahidin höccət olması ancaq füru (şəriət) məsələlərində sabitdir. Sən əqidədə nə istəyirsən? Zənn yoxsa qət? 3-4 hədis qət gətirir ya yox? Qət gətirmir."

 

10:37-də isə hədislərin sənədi barədə geniş şəkildə ağzına gələni danışdıqdan sonra istehza ilə belə deyir:

“Beləliklə mütəvatir dəlillərlə İmam Məhdinin dünyaya gəlməısi sabit oldu (istehzalı halda).”

 

11-ci dəqiqədə isə deyir:

"Buna görə də məcbur qalıb İbn Həcərin kitabına müraciət edirlər, “ənsab” kitablarına müraciət edirlər. Bunların da hamısında bütün sənədlər zəifdir."

 

Məgər burada açıq-aşkar imam Məhdinin dünyaya gəlməsinin Seyyid Xoyi mənhəcinə görə mütəvatir hədislə isbat olmadığını “isbat” etməyə çalışdığını görmürsüz? Qəşəng də görmüsüz. Aşağıda Kamal heydərinin bu çağırışına müsbət cavab verib ona rəddiyyə verən dəyərli alimlərimizə verdiyiniz “cavablarda” söhbətin nədən getdiyindən xəbərdar olmağınız bilinir. Hələ utanmadan böyük və dəyərli alimlərmizə iftira və iftiraya şərik olma damğası vurursunuz. Belə ki, yazırsınız:

Kamal Heydəriyə İmam Zamanla bağlı atılan ən böyük iftira Vəhdi Xorasani, Safi Gülpayqani və Bəşir Nəcəfi kimi təqlid mərcələrinə ünvanlanan suallarda yer alıb. Həmin sualların 9-cu bəndində belə yazılıb: 9) İmam Məhdinin (ə) dünyaya gəlməsi mötəbər bir yolla sübuta yetməyib. Sizcə bundan böyük iftira ola bilər? Kamal Heydəri harada deyib ki, İmam Məhdinin dünyaya gəlməsi mötəbər bir yolla sübuta yetməyib? Bəyəm mötəbər yol dedikdə təkcə hədislər nəzərdə tutulur? Bəyəm əqli dəlillər mötəbər dəlillər hesab olunmur? Әbdulmüntəqimin özü də etiraf edir ki, Seyyid Kamalın məsələnin isbatı mövzusunda istinad etdiyi dəlil nəzəri irfanda istifadə edilən dəlildir. Deməli fəqihlərə ünvanlanan suallardan 9-cu bənddə yer alan sual tamamilə iftiradır. Әgər İhticac.com saytının adminlərinin dili ilə danışmaq istəsək bu iftiranı araşdırmadan cavab verən kəslər də iftiraya şərikdirlər. Çünki yaxşı bilirdilər ki, suallar kimin barəsində ünvanlanıb. Ona görə də verilən sualların doğruluğunu araşdırıb daha sonra cavab verməli idilər. Verilən suallar sırf fərzi suallar deyil ki, sırf sualda keçən mətnə də müvafiq olaraq cavab verilsin.

İhticac.com adminlərinin dili ilə niyə ki? Özünüzü bu sözlə sığortalamaq istəmisiniz, ama alınmayıb. Çünki özünüz deyirsiniz ki, sual fərzi sual deyil, kim barəsində sual edildiyi açıq-aşkardır, gərək araşdırıb cavab verəydilər. Deməli, bilə-bilə ki, Kamal Heydəri barəsində sual edilir və həqiqəti araşdırmadan böyük və dəyərli mərcələrmiz bu "yazığa" azğın hökmü vururlar. Sizin qəbul etdiyiniz həqiqət budur. Əgər belə bir şey doğrudan da baş versə, bu işi görənlər ya iftira atıblar, ya da xəta ediblər. Əgər iftira atıblarsa, deməli sizə görə Şeyx Vəhid Xorasani, Safi Gülpayiqani və Bəşir Nəcəfi kimi mərcəi-təqlidlərmiz iftiraçıdır. Yox, əgər xəta ediblərsə, gərək çıxıb xətalarını iqrar etsinlər, çünki bütün hovzələrdə, saytlarda bu fətvalar yayılıb və məşhurlaşıb. Ama hər hansı bir xəta bəyanatı yoxdur. Belə bir vəziyyətdə isə ən azından ədalətdən düşmüş sayılırlar. Buna görə də qəbul etdiyiniz müqəddimələr əsasında əldə olunan nəticələri öz adınızdan danışın, daha qorxa-qorxa "ihticac.com un dili ilə desək" kimi sözlərlə özünüz sığortalamağa çalışmayın...

 

Daha sonra isə utanmadan və çəkinmədən Şeyx Ali Muhsinə açıq-aşkar iftiraçı deyirsiniz:

“Bundan əlavə, fərz edək ki, Seyyid Xoyi həmin sözdən yəqin mənasını qəsd edirdi. Amma, görəsən bu yəqin Seyyid Kamalın dediyi yəqindir? Şübhəsiz xeyir! Çünki heç bir normal məntiq alimi 6 zəif rəvayətdən xüsusi növ yəqinin hasil olduğunu iddia etməyib. Bu da Şeyx Ali Muhsinin Seyyid Kamala atdığı bir başqa iftira!

Deməli təki Kamal Heydəri müdafiə olunsun deyə siz bu yazınızda Şeyx Vəhid Xorasanini, Şeyx Safi Gülpəyqanini, Şeyx Bəşir Nəcəfini və Şeyx Ali Muhsini iftiraçı və yalançı çıxartmağa çalışmısız. “Təki ağam batmasın” prinsipi başınızın üzərindən əskik olmur. Sizin də idarəçiliyində və işlərinin tənzimlənməsində iştirak etdiyiniz 313news saytı və onun idarəçisi Tural Ordubadi dünənə qədər Azərbaycan xalqına “Müsəlmanların xəlifəsi kimdir?” kitabının müəllifi Şeyx Ali Muhsini gözəl və məzhəbi müdafiə edən biri kimi tanıtdırırdı. Amma sizin səhifə bəyan edir ki, sən demə Şeyx Ali Muhsin iftiraçı biriymiş. (Həmin kitabın Tural Ordubadi tərəfindən verilmiş elanın screen forması aşağıda-ihticac.com)


QEYD: MƏQALƏNİN BU HİSSƏSİNDƏ "313" QRUPUNDA SAMİR AZİZOVUN KAMAL HEYDƏRİ BARƏDƏ PAYLAŞIMINA İCAZƏ VERİLDİYİ ÜÇÜN ADMİNLƏRİN ADI ÇƏKİLƏRƏK ONLARA ETİRAZ EDİLMİŞDİ. ADMİNLƏR HƏMİN PAYLAŞIMI SİLDİKLƏRİ ÜÇÜN, BİZ DƏ MƏQALƏNİN BU HİSSƏSİNİ SİLMİŞİK. 


Bəli, azğını müdafiə edən bu biabırçı səhifə ağalarına toz qondurmamaq üçün dəyərli alimlərimizə iftiraçı deməkdən belə çəkinmirlər. Ama əslində iftiraçı və vicdansız inanın özünüzsüz. Kamal Heydərinin həqiqətdə İmam Zamanın dünyaya gəlməsi ilə bağlı olan hədislərin mütəvatirliyini inkar etməsini siz də qəşəng başa düşmüsünüz. Kamal Heydəri bu işi ilə bütün məzhəbə iftira atır. Mütəvatir dərəcədə olan hədislər barədə belə deyir:

“Siz özünüz bəhsi-xaric ustadlarısız (?) və bəhsi-xariclərdə oturursuz və təbliğə gedirsiz bir nəfər durub desə ki, siz ki, İmam Məhdinin var olmasına etiqad edirsiz onun dünyaya gəlməsi barədə dəliliniz nədir? Deyəcəksiz ki, bizim 100-lərlə hədisimiz var? Deyəcək ki, heç olmasa 5 dənə səhih hədis gətirin ki, alimləriniz desinlər ki, o hədislər səhihdir. Təbii ki, zehninizdə olsun ki, 5 dənə hədis kifayətdir ya yox? Kifayət deyil.” 

 

Kamal Heydərinin Seyyid Xoyi mənhəcinə və həqiqətdə isə məzhəbə və onun hədis irsinə atdığı ən böyük iftira budur. Buna görə, Şeyx İrəvani və başqaları ona cavab verərkən mütəvatirliyi və ehtimallar nəzəriyyəsini cavab məqamında zikr edir. Biz isə qısa olaraq Kamal Heydərinin bu iftirasına cavab veririk:

 

Əvvəla kim deyir ki, Seyyid Xoyi mənhəci ilə İmam Zamanın dünyaya gəlməsi ancaq Kafi kitabındakı hədislərlədir? Burada başqa kitablar və onlarda nəql olunmuş hədislər də var. Daha sonra lap tutalım Kafi kitabının özünü. Kim dedi ki, Kafi kitabında İmamın dünyaya gəlməsinə ancaq bir babda olan hədislər dəlalət edir? Burada bəzi tələbə qardaşlarımızın dərslərində verdiyi cavabdan istifadə edib bunu qeyd edirik:

 

Kafidə qısa araşdırma əsasında İmam Məhdinin dünyaya gəlməsinə dəlalət edən hədislər 106 hədisdir, onların 29-u isə Kamal Heydəinin də istifadə etdiyi “Miratul-uqula” əsasən mötəbərdir. Hələ bunu elmdə balaca uşaq olan da bilir ki, mütəvatir hədisdə hədisin sənədinə baxmazlar. Deməli bir Kafidə azı 106 hədis İmamın dünyaya gəlməsinə dəlalət edir. Dediyimiz kimi başqa hədis kitablarını və başqa babları da əlavə etsək bu say çoxalacaq. Bu qədər sayla Seyyid Xoyi mənhəcinə əsasən təvatürlüyün sabit olmamasını demək əsl iftiradır. Hələ Kafidə İmamın dünyaya gəlməsinə yalnız 3 hədisin dəlalət etməsini demək isə əsl vicdansızlıqdır. Belə bir şəxsin fikirlərini camaata başqa cür çatdırmağa çalışan səhifə idarəçisi "qəhrəmanlarımız" isə ad qoyula bilməyəcək dərəcədə alçaqlıq etmiş olurlar. Bu səhifəni idarə edənlər bunu etməkdənsə gedib cinsini dəyişdirib gecə vaxtı küçələrdə əxlaqsızlıqla məşğul olsaydılar, inanın bundan yaxşı olardı. Çünki bu iş haram olsa da dinə və məzhəbimizə bu qədər zərər gətirməz.

 

Sonda isə “qəhrəmanmızın” axırda “şüvənlik” salaraq yazdığı abzasa qısa cavab verək. “Şüvən qəhrəmanımız” deyir:

“Daha sonra müəllif daha biyabırçı bir iftiraya imza atır. Deyir Seyyid Kamal barədə deyilən söz budur ki, o, İmam Zaman ağanın doğulması ilə bağlı nəqli edilmiş hədislərin mötəbərliyini inkar edir. Subhanallah! Nadir iftiralardandır ki, bəlkə də heç nasibilər hansısa şiə aliminə qarşı belə bir iftira atmamışdılar. Seyyid Kamal harda deyir ki, həmin hədislərin mötəbərliyini inkar edir? Axı mötəbərlik məfhumu geniş bir anlayışdır və təkcə xüsusi növ yəqinə şamil deyil. Seyyid Kamal hədislərin xüsusi növ yəqin hasil etmədiyini deyir, mötəbər olduğunu inkar etmir. Çünki, mötəbərlik müəyyən şərtlər daxilində zənni dəlillərə də şamildir (məsələn, səhih sənədli vahid xəbər kimi) və Seyyid Kamal həmin hədislərin zənn ifadə etdiyini qəbul edir. Bəs, hədislərin mötəbərliyini inkar edir məzmunlu bu iftira modeli necə ortaya çıxdı görəsən? Yəni bu yazınu hazırlayan şəxsin ən primitiv elmi məsələlərdəndəmi anlayışı yoxdur?? Bu iftira və müəllifin cahilliyi fikrimcə tarixə keçəsi modeldəndir!.” 

Bravo! Cənab “Qəhrəman”, inan rolunu qəşəng oynamış bir aktyorluq etməyi bacardın. Sən demə bizim iftira və cahilliyimiz tarixə keçəsi bir model imiş. Nə olar ki, gəlin Kamalın həmin videosunun axırlarında başqa bir müəllifin kitabından mətn oxuduqdan sonra İmam Məhdinin dünyaya gəlməsi barədə olan hədislər haqqında ümumi fikrinin nə olduğuna baxaq. 14-cü dəqiqədən sonra dediyi sözləri bura yazıram:

 

“Siz Allah özünüz baxın, bu ravi istəyib ki, İmama aşiq olan biri olub deyə, ona görə bu əhvəlatı (İmamın anası Xanım Nərcislə və İmamın dünyaya gəlməsi ilə bağlı olan hadisə haqqında deyir) uydurub. İmam axı kimə deyə bilərdi İmam Məhdinin dünyaya gəlməsini? Hələ bir qalmışdı ki, bu məchul olan ravilər İmamın necə dünyaya gəlməsini nəql etsinlər. Ümumilikdə ravilərin İmamın dünyaya gəlməsi barədə xəbərdar olmaqları məntiqi deyil. Çünki İmamın dünyaya gəlməsi məsələsi gizli olmalı bir iş idi? Yoxsa aşkar olmalı olan bir iş idi? Gizli idi. Bəs görəsən bu ravilər necə xəbər tutdu? Hətta bu ravilər məchuldular. Daha demə ki, ən yüksək dərəcədə olan siqə şəxslər idi. Hər bir halda...(kitabı oxumağa davam edir)”

 

Görəsən ağlı başında olan biri Kamal Heydərinin bu sözlərinin nə mənada olduğunu başa düşmür? Kamal Heydəri açıq-aşkar İmam Məhdinin dünyaya gəlməsinin gizli olmalı bir iş olduğunu bəhanə gətirir və ravilərin bu işdən xəbərdar olmasını qeyri-məntiqi bir iş sayır. Əziz “qəhrəman”, görəsən Kamal Heydəriyə görə ravilər İmamın dünyaya gəlməsindən xəbərdar ola bilməzdilərsə, onların İmamın dünyaya gəlməsi ilə bağlı nəql etdiyi hədislər həmin Kamal Heydəriyə görə mötəbər sayılacaq? İndi iftiranı kim atmış sayıldı? Biz ya siz?

 

ƏbdülMuntəqim Muntəqimi

ihticac.com