Ayətullah Məkarim Şirazinin (h) azğın şəxslərin kitabının çap edilməsi barədə fətvası


Bismillah

Sallallahu əla Muhəmmədin və alihit-Tahirin

 

Ayətullah Şeyx Məkarim Şirazinin (h) dəftərinə belə bir sual ünvanlamışdıq:

السلام عليكم و رحمة الله و بركاته. نحن جمع من المؤمنين في أذربيجان نرجو ان تبينوا رأيكم حول طبع و نشر و توزيع الكتب للمنحرفين التي ليس فيها أفكاره المنحرفة. علما ان أغلب المؤمنين لا يعرفون افكاره المنحرفة و نخاف ان تثير هذا الامر لتبليغ الشخص المبتدع. هل يعتبر طبع و توزيع كتب امثال هذا الشخص تبليغ الشخص المنحرف؟ ما هو حكمه الشرعي؟ و نرجو منكم ان تنصحوننا في هذا الامر

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuhu. Biz Azərbaycanda yaşayan bir qrup möminlərik. Xahiş edirik bu məsələ barədə öz rəyinizi bəyan edəsiniz: Azğın kəslərin azğın fikirləri olmayan kitablarını çap edib yaymaq olarmı? Bir halda ki, əksər möminlər onun azğın fikirlərini bilmir. Amma qorxuruq ki, bu iş həmin bidətçi şəxsin təbliğinə səbəb olsun. Bu cür şəxslərin kitabını çap etdirib yaymaq həmin şəxsi təbliğ etmək sayılırmı? Bu məsələnin şəri hökmü nədir? Xahiş edirik ki, bu işdə bizə nəsihət edəsiniz.

Cavabı 07.04.2018 tarixində aldıq. Cavab belədir:

Əgər insanların azğın şəxslərə doğru yönəlməsinə və onların məqamlarının (insanlar arasında) yüksəlməsinə səbəb olarsa bu kitabları çap etdirib yaymaq caiz deyildir.

Kamal Heydərinin azğın bir şəxs olduğu mərcəi-təqlid müctehidlərmiz və digər fəqih və alimlərimiz tərəfindən təsdiq edilib (daha geniş məlumat üçün BURAYA DAXİL OLUN). Həmçinin Allahın izni ilə bu kiçik saytımızda onun azğınlığını sübuta yetirmişik. Şübhəsiz ki, belə bir şəxsin kitabını çap etdirib yaymaq onun təbliğinə və elmi məqamının camaat arasında yüksəlməsinə səbəb olur.  Buna görə də Ayətullah Məkarim Şirazi buyurur ki, bu şəxsin  və bunun kimilərin kitablarını çap edib yaymaq şəri cəhətdən haramdır, caiz deyildir. Lakin təəssüflər olsun ki, onun kitabını Azərbaycanda çap etdirib yayanlar İslama xidmət etdiklərini düşünsələr də şəriətin xilafına iş görürlər. Bunu da qeyd edək ki, bu cür kitabları almaq da adətən onun təbliğ və yayılması sayıldığı üçün caiz deyil.