BİZİ TƏHQİR ETMƏDƏ İTTİHAM EDƏNLƏRƏ XATIRLATMA


Bismillah

Kamal Heydərinin alimlərimizə atdığı iftira və məzhəbimizin sağlam əqidəsini gözdən salmağa yönələn hərəkətlərini ifşa etdiyimiz son yazıların birinə Kamal Heydərini hər vasitə ilə olursa olsun müdafiə etməyə çalışan Qum tələbəsi Təbriz Qasımov (facebook-a Ebelfez Huseyni adı ilə girir), Samir Əzizov və digər bir neçə nəfər birləşib “Əllamə Kamal Heydəri” səhifəsində öz düşüncələrinə görə bizə cavab veriblər. Daha dəqiq desək bu cavab ƏbdülMuntəqim Muntəqimi adlı istifadəçinin Samir Azizovla yazışmalarından birinə cavab idi. ƏbdülMuntəqim e-mail ünvanımıza onlara yazdığı cavabı gönderib paylaşmağımızı rica etdi. Biz də bunun onların cavabına onların başa düşəcəyi yaxşı bir cavab olduğunu görüb saytımızda paylaşdıq.

 

Məqalənin bir-iki yerini kəsib hay-həşir saldılar ki, “Vay bizi təhqir ediblər” filan. Həmin yazını məhz biz paylaşdığımız üçün o yazıda olan yazılar bizim də adımıza bağlandığı üçün münasib gördük ki, bizim də ünvanımıza dair verilmiş reaksiyalara öz münasibətimizi bildirək. Yəni ƏbdülMuntəqim adlı istifadəçinin bu yazdıqlarını paylaşmışıqsa deməli biz də həmin fikirləri qəbul edirik, bu yazını özümüzünki sayırıq və buna gələn iradları da bizim yazımıza gələn irad hesab edirik deyə,  istərdik bu barədə onlara öz adımızdan qısa xatırlatma edək.

 

Bismillah... İlk öncə paylaşdığımız və qarşı tərəfin təhqir hesab etdiyi həmin hissəni bir daha xatırladaq:

 

“Kafidə qısa araşdırma əsasında İmam Məhdinin dünyaya gəlməsinə dəlalət edən hədislər 106 hədisdir, onların 29-u isə Kamal Heydəinin də istifadə etdiyi “Miratul-uqula” əsasən mötəbərdir. Hələ bunu elmdə balaca uşaq olan da bilir ki, mütəvatir hədisdə hədisin sənədinə baxmazlar. Deməli bir Kafidə azı 106 hədis İmamın dünyaya gəlməsinə dəlalət edir. Dediyimiz kimi başqa hədis kitablarını və başqa babları da əlavə etsək bu say çoxalacaq. Bu qədər sayla Seyyid Xoyi mənhəcinə əsasən təvatürlüyün sabit olmamasını demək əsl iftiradır. Hələ Kafidə İmamın dünyaya gəlməsinə yalnız 3 hədisin dəlalət etməsini demək isə əsl vicdansızlıqdır. Belə bir şəxsin fikirlərini camaata başqa cür çatdırmağa çalışan səhifə idarəçisi "qəhrəmanlarımız" isə ad qoyula bilməyəcək dərəcədə alçaqlıq etmiş olurlar. Bu səhifəni idarə edənlər bunu etməkdənsə gedib cinsini dəyişdirib gecə vaxtı küçələrdə əxlaqsızlıqla məşğul olsaydılar, inanın bundan yaxşı olardı. Çünki bu iş haram olsa da dinə və məzhəbimizə bu qədər zərər gətirməz.”

 

Gördüyünüz kimi burada kiməsə “siz cinsinizi dəyişdirib əxlaqsızlıqla məşğul olursuz” deyilməyib. Halbuki neçə yerdə bunlar sözümüzü elə təqdim ediblər. Biz açıq-aşkar iftira atıb “Kafi”də İmam Zamanın dünyaya gəlməsinə 3 hədis dəlalət edir sözünü deməyin vicdansızlıq və ağ yalan olduğunu demişik. Bu işin isə küçədə əxlaqsızlıq edən qadınların işlərindən daha pis olduğunu qeyd etmişik. Səbəbi də aşkar qeyd edilib. Bu sözün də əsli elə Kamal Heydəri və onun tərəfdarlarının “yəhudi və atəşpərəstdən keçmə” saydıqları müqəddəs hədislərimizdə öz əksini tapıb. Burada iki nümənini sizə təqdim etməklə kifayətlənəcəyik:

 

“Bir gün bir kişi Peyğəmbərdən (s) belə soruşur: “Mömin zina edərmi?” Peyğəmbər (s) buyurur: “Bəzən ondan belə bir iş çıxa bilər.” Həmin kişi yenidən belə bir sual verir: “Mömin oğurluq edərmi?” Peyğəmbər (s) buyurur: ““Bəzən ondan belə bir iş çıxa bilər.” Həmin kişi növbəti dəfə belə bir sual verir: “Mömin yalan danışarmı?” Peyğəmbər (s) buyurur: “Xeyr. Allah-təala buyurur: “Yalanı yalnız iman gətirməyənlər danışar.” (Nəhl, 105)” (Biharul-ənvar, c. 69, səh. 263)

 

Başqa bir hədisdə İmam Baqir (əleyissəlam) buyurur: “Allah-təala bütün şərlər üçün qıfıllar qərar verib. Şərab içməyi o qıfılların açarı qərar verib. Yalan danışmaq isə şərab içməkdən də şərr bir işdi.” (Kafi, c. 2, səh. 339)

 

Gördüyünüz kimi hər iki hədisə əsasən yalan danışmaq zina etməkdən daha pisdir. Xüsusən din adına adını “ilahiyyatçı” qoymuş birilərinin yalan danışması isə yalanın ən pis növüdür. Odur ki, biz etdiyiniz işin nə qədər faciəli oluğunu qeyd etmişik. Buradan ibrət götürmək lazım idi, daha hay-həşir salmaq yox. Amma bir halda ki, siz hay-həşir saldınız o zaman sizə həmin məqalədən bir xatırlatma da edək:

 

“Cavaba keçməmişdən bunu qeyd edim ki, burada istifadə etdiyimiz “vicdansız”, “şərəfsiz” və digər bir az ağır görünən sözlərimə görə heç kim məni qınamasın və səhifə idarəçiləri, həmçinin onlara kömək edən “tələbəcik” növbəti dəfə bu cür cavab verəndə sətirləri uzatmaq üçün durub “əxlaq” dərsi keçməsinlər. Axı mən bunu kimisə təhqir üçün yazmamışam. Elə sizin “elmindən” istifadə etdiyiniz “Qum tələbəsi" adına layiq olmayan Təbriz özü deyir ki, qarşı tərəfi bu cür sözlərlə vəsfləndirib cavab verərkən bu təhqir sayılmır, tənqid sayılır. Çünki mənim bu sözüm sizin səhifənin bizi (Kamal Heydərini azğın hesab edənləri) “təkfirçi” adlandırmasına cavabdı. Bildiyiniz kimi bu “təkfirçi” sözü hal-hazırda arvad-uşaq tanımadan qarşı əqidədə olan şəxsin canını və namusunu halal bilən və öz namusunu Suriya və İraq küçələrinə atan vahhabilərə deyilir. Biz burada həm o Təbrizə, həm sizin “Əllamə Kamal Heydəri” səhifəsinə və onu idarə edənlərin hamısına xüsusən onlardan bizə məlum olan Samir Əzizova xatırladıb deyirik ki, youtube’a diqqətlə baxsanız əsasən ərəb vahhabi kanallarının (hətta azərbaycanca olan müəyyən vahhabi kanalları da bu siyahıya daxildir) öz lehlərinə istifadə etdikləri şəxs və onların dəyirmanına su tökən şəxs məhz sizin müdafiə etdiyiniz Kamal Heydəridir. Buna görə də namussuz, vicdansız, şərəfsiz olan həmin o təkfirçi vahhabilərlə eyni cərgədə durmaq məhz sizə yaraşır. Ona görə də hal-hazırda məhz siz həmin xüsusiyyətə malik olan insanlarla eyni cərgədə sayılırsız. Yəqin ki, atalarımızın “atı atın yanına bağlasan, həmrəng olmasa da, həmxasiyyət olar” sözünü unutmamısınız. Odur ki, gələn yazılarınızda ritorikanıza fikir verin ki, əsl xüsusiyyətlərinizi burada digər insanlara izah etmək məcburiyyətində qalmayaq. Nə isə...”

 

Düzü elə həmin məqalənin yuxarıda qeyd etdiyimiz hissəsində niyə bu cür üsulla cavab verdiyimizi açıq və aşkar şəkildə demişik. Sadəcə bunlar başa düşmək istəmədilər. Ona görə də elə o hissənin sonunda qeyd etdiyimiz vədimizə əməl edək. Belə ki, biz belə bir vəd vermişdik: “Odur ki, gələn yazılarınızda ritorikanıza fikir verin ki, əsl xüsusiyyətlərinizi burada digər insanlara izah etmək məcburiyyətində qalmayaq.” Siz eyni dillə danışdınız biz də bunu yazmağa məcbur qaldıq:

 

Əziz dostlar, bizim belə bir dillə yazı yazmaq fikrimiz yox idi. Sakitcə ölkədə alt-altdan təbliğinə başlanılmış Kamal Heydəri təbliğinə qarşı paylaşımlar edirdik. Kimsəni də təhqir etmirdik. Lakin sonradan “yalnız Kamal Heydərinin faydalı fikirlərini təbliğ edəcəyik” şüarı altında fəaliyyətə başlamış və Samir Əzizov və digər bir neçə nəfərin idarəçiliyində olan “Əllamə Kamal Heydəri” səhifəsi bizim paylaşımlarımıza yalanlarla dolu cavab verməyə başladı. Bizə verdikləri rəddiyyələrin birində azı 7 dəfə bizə təkfirçi adı qoyub təhqir etdilər. Təkfirçi kimə deyilir bundan əvvəlki yazıda izah etmişik. Biz də məhz bu təhqirdən sona qarşı tərəfin istifadə etdiyi və başa düşdüyü bir dillə onlara cavab verdik ki, elə bilməsinlər ki, biz bunların danışdığı dili bilmirik. O zaman belə bir xatırlatma da etmişdik:

 

“Elə sizin “elmindən” istifadə etdiyiniz “Qum tələbəsi" adına layiq olmayan Təbriz özü deyir ki, qarşı tərəfi bu cür sözlərlə vəsfləndirib cavab verərkən bu təhqir sayılmır, tənqid sayılır. Çünki mənim bu sözüm sizin səhifənin bizi (Kamal Heydərini azğın hesab edənləri) “təkfirçi” adlandırmasına cavabdı.”

 

Bunlar da bizim bu sözümüzə növbəti yazılarında guya cavab veriblər (2 aprel paylaşımında). O cavaba keçməmişdən öncə ondan bir neçə sətir əvvəl yazdıqları bir cümlə bizi heyrətə gətirdi: “Әbdülmüntəqim adli şəxsin Seyyid Kamala atdığı çoxlu sayda iftiranı ifşa etdikdən sonra növbəti iftiralarla çıxış edəcəyini gözləyirdik,

Axı ƏbdülMuntəqim adlı istifadəçiyə bu çoxlu sayda cavabı harda vermisiz? Harda ifşa etmisiz? Sizin səhifə ümumən indiyənə kimi iki sözə cavab verməyə çalışıb. Biri bizim (ihticac.com-un) Seyyid Həkimlə bağlı yazımıza, digəri isə İmam Zamanla bağlı yazıya. Məhz siz yazandan sonra ƏbdülMuntəqim sizin yazıya rəddiyyə verib. Siz nə zaman onun “çoxlu sayda iftirasına” cavab vermisiz? Yoxsa yuxu və xəyallarınızı qeyd etmisiz xəbərimiz yoxdur? Dediyim kimi siz BİZİM (ihticac.com saytının) paylaşdığı bir məsələyə cavab vermişdiz. Sonra isə özünüz İmam Zamanla bağlı Kamalın dediklərini müdafiə edəndə ƏbdülMuntəqim sizə ilk cavabı verib. İndi deyin görək bu yalan sözlə camaatı niyə aldadmaq istəyirsiz? Siz məhz bu sözlə məqalənizi oxuyanı aldadıb “baxın görün biz dəfələrlə cavab vermişik, iftiranı faş etmişik” demək istəyirsiz? Ayıb deyil? Bu işinizə bu dəfəlik mən ad qoymayım amma siz özünüz vicdanınızla bu işinizə ad qoyun.

 

Hörmətli qardaşlar, sizin özünüzdən xahiş edirəm bir ƏbduMuntəqimin səhifəsinə daxil olun, bir də bunların səhifəsinə daxil olun və bu yazını paylaşdıqları vaxta qədər olan paylaşımlara baxın görün bu istifadəçiyə nəsə rəddiyyə veriblər heç? Axı ƏbdülMuntəqimə rəddiyyə vermədən onun yalanını ifşa etdiklərini necə deyə bilərlər? Bu yazıları ƏbdülMuntəqmə verdikləri ilk olan "rəddiyyə"dir və orada yazıblar ki, biz çoxlu rəddiyyə vermişik. Utanmırsız? Bu qədər yalan danışdıqdan sonra adınızı “ilahiyyatçı” qoyub öz ətrafınızdakıların üzünə necə baxırsız? Lap tutalım ƏbdülMuntəqimlə bizə (ihticac.com-a) verilən rəddiyyəni bir hesab etsəniz belə yenə də bu sözünüz yalan olacaq. Çünki bu yazıya kimi ihticac.com saytının onlarla paylaşımından birinə (öz ağlınıza əsasən) rəddiyyə vermisiz. BİR nə vaxtdan “çoxlu sayda” sayılıb? Yenə də ar olsun!!!

 

Keçək əsas hissəyə. Biz bundan əvvəl də yazanda demişdik ki, bunu sırf sizin bizi “təkfirçi” adlandırdığınıza cavab olaraq demişik və sizin səhifənin də istifadə etdiyi Qum tələbəsi Təbriz Qasımov özü belə təhqirin cavabında təhqir etməyin doğru olduğunu bildirir. Bunlar cavablarında deyiblər ki, bu iftiradır. İndi biz sizə Təbrizin o yazısını və digər yazılarını təqdim edəcəyik. Bunu məhz ona görə edirik ki, “Əllamə Kamal Heydəri” səhifəsinin adminləri (onlardan biri Samir Əzizovdur) və onlara canla başla kömək edən Təbrizin (Ebelfez Huseyni) bizlər üçün təyin etdikləri “əxlaq” normalarına necə əməl etdiklərini görəsiniz. Təbriz Qasımov Nəcəf tələbəsi olan İbrahim Əkbərovla olan yazışmasında ikinci tərəf onun ziyalı insanlar və onun firkinə qarşı olan bəzi möminləri açıq-şəkildə təhqir etdiyini xatırladaraq belə deyir: 

“Üstəlik "Həzrət Əli əxlaqına tabe olmağa çalışan və pz dostlarını belə təhqir edən Muaviyə bədəxlaqlığından uzaq durmağa çalışan" biri olduğunuz halda nədənsə elə bu yaxınlarda sizə bir-iki irad yazan şəxsləri yuxarıdakı yazınızda aşağıdakı təhqirlələ yad etməyinizi də unutmusunuz. Sənə irad bildirənlərə əsas iki təhqirin var bu yazıda: 1) səviyyəsi olmayanlardır. Yəni səviyyəsizdilər. 2) Sənə irad yazmaqla kişi işi görməyiblər. Yəni arvad işi görüblər. Görəsən bu açıq-aşkar öz yazdığına əsasən öz dostlarını təhqir edən Muaviyə işi deyildimi? 😊 Publikaya işləmək lazım deyil, əzizlər. Əsas özümüzü daxilimizdən düzəltsək daha camaata bu cür status və kommentlərlə "əxlaqlı və elmli" olduğumuzu isbatlamağa çalışmağa ehtiyac qalmayacaq... “

 

 

Təbriz isə bunun cavabında deyib ki:


“Skreen etdiyin şəkildəki sözüm isə tənqid edənlərə deyil, mədəni və elmi şəkildə tənqid edənlərə can qurban. Oradakı sözü arxadan tənqid yerinə təhqir edənlərə, qarayaxanlara aid etmişəm və bu işin kişiliyə uyğun olmadığını demişəm. Kişi olan kəs arxadan atmaca atmaz, arxadan atmaca atan, istər feysdə olsun, istər minbərdən olsun, fərq etmir, deməli normal əxlaqli insan deyil. Bunu sənə başa salmağa lüzum yoxuydu, amma görünür mənim statuslarımı izləyir, hətta skreen də edirsən. Nə edirsən özün bil, amma şərh yazanda təhrif etmə, qarayaxma heç etmə, Hz Əlinin əxlaqı tələb edir ki, arxanca arvad kimi danışanlara kişi kimi danışmalı gərəkli olduğunu başa salasan, əlbəttə onlarda başa düşəcək səviyyə varsa. Yenə deyirəm, burada söhbət tənqiddən getmir, təhqir və lağlağa edənlərdən gedir”

 

 

Daha sonra isə belə yazır:


 

“Sonda qeyd etdiklərinə gəlincə, xatırladım ki, mənim statustda və ya başqa yerdə yazdığım hamısı müdafiə məqsədlidir. Yəni kimsə məni təhqir edir, qarayaxır, mən də ona bu işin kişi işi olmadığını deyirəm. Burda qeyri adi nəsə var? Biri sənin arxanca arvadlara məxsus şəkildə atmaca atsa sən, ona bu işin kişiyə yaraşmadığını deməyə haqqın yoxdur? Belə ucuz yollara əl atıb xal qazanmağa lüzum yoxdur. Yenə deyirəm, mən, heç kimi durduq yerdə tənbih etməmişəm, mənə qarşı ağızlarının danışıqlarını bilməyən və kişiyə aid olmayan bir formada danışanları sadəcə olaraq tənbih etmişəm. Bu da normal haldır. Bir insan savadıszdırsa ona savadsız deyilər. Amma ağzının danışığını bilməyənə savadsız deyilməz, ağzının danışığına hədd qoy deyilər...”

 

Bax məhz Təbrizin bu sözlərindən ilhamlanıb onun öz təyin etdiyi qanunlar əsasında ona və onun yazılarını paylaşan sizlərə yuxarıdakı sözləri demişik. Təbriz (Ebelfez Huseyni) başqalarını “kişilikdən uzaq işlər sahibi”  adlandırmaqla təhqir edir sonra isə özünə bəraət qazandıraraq belə deyir: Həzrət Əlinin əxlaqı tələb edir ki, arxanca arvad kimi danışanlara kişi kimi danışmalı olduqlarını başa salasan” Sonra bu həyasızlığına belə davam edir: “mənim statustda və ya başqa yerdə yazdığım hamısı müdafiə məqsədlidir. Yəni kimsə məni təhqir edir, qarayaxır, mən də ona bu işin kişi işi olmadığını deyirəm. Burda qeyri adi nəsə var?”

 

Elə bu məntiqlə götürüb sizə deyirik ki, öz səhifənizdə azı 7 dəfə bizi təkfirçi adlandırıb təhqir edəndə bizim cavabında sizin alimlərə və məzhəbə yalan yaxmağınızı küçə qadınlarının işindən daha pis olduğunu deməyimiz müdafiə xarakterlidir. Təbriz də buna icazə verir. Hətta bunu Həzrət Əli (ə) əxlaqından olduğunu vurğulayır və bu işi sadəcə tənbih etmək sayır. Biz də tənbih etmişik də, niyə özünüzə əl qatmısız?

 

Daha sonra keçək qrupun digər bir üzvünün öz təyin etdikləri qanunlarına tabe olmamağına və öz təyin etdikləri qanunlara görə öz dilləri ilə özlərini “əxlaqsız və tərbiyəsiz” biri adlandırmaqlarına. Biz xatırladaq ki, təhqir sırf bunların səhifəsindən başlayıb və bizi azı bir məqalədə 7 dəfə “təkfirçi” adlandırıblar. Biz də bu cür yazdıqlarına görə müdafiə olunmaq üçün onlara “vicdansız” və “şərəfsiz” bir iş gördüklərini (Təbriz demişkən) sadəcə xatırlatmışıq və tənbih etmişik. Bunlar isə vay-şüvən salıblar və hər yana car çəkib deyirlər ki, bunlar tərbiyəsizdir. Axı niyə? Biz müdafiə olunurduq? Deyirlər yox, müdafiə də olunsan gərək bu sözləri deməyəsən. Nə olar ki? Baxaq görək Samir Əzizov “özünü müdafiə” edərkən bizə bu cür sözlər deyib ya yox? 

Samir Əzizov burada açıq-aşkar bizi şərəfsiz adlandırıb. Niyə? Çünki biz onların təhqirinə öz dilləri ilə cavab vermişik. Buna görə Samir Əzizov bizi şərəfsiz sayırsa, o zaman birinci bu sözə görə özünü şərəfsiz saysın. Çünki o da təhqirə təhqirlə cavab verib. Çox sadəcə 2x2=4.

Hələ arxasınca utanmadan Kamal Heydərinin Kafidə müxtəlif bablarda İmam Zamanın dünyaya gəlməsi barədə olan 106 hədisi camaata guya ancaq bir babda olan 31 hədisdən Asif Mohsininin rəyinə əsasən 3 hədisdən ibarət olduğunu təqdim etməsini Asif Mohsinin üzərinə yıxmağa çalışır və deyir ki, guya bizim bu sözlərimiz əslində Asif Mohsiniyə qayıdır. Bax əsl “şərəfsizlik” budur. İnsanların bilməməsindən istifadə edib onları aldatmağa çalışmaq. Əvvəla Kafidə olan hədislər barədə Asif Mohsinin yox kitabının heç bir elmi dəyəri olmayan Behbudinin rədd edilmiş “səhihul-Kafi” kitabına əsasən söz deyib. Özü də bunu da fırıldaqçılıqla. Bir babda olan 31 hədis arasında sənədi bu şəxsin məbnasına əsasən mötəbər olan hədislərin sayının 2 olduğunu deyib. Halbuki Kafidə İmam Zamanın dünyaya gəlməsinə dəlalət edən hədislər yalnız bir babda deyil. Müxtəlif babda 100-dən çox hədis var. Bax biz bu söz barədə dediyimizi demişik. Samir Əzizov isə ən ucuz yola əl atıb sözümüzün guya Asif Mohsiniyə aid olmasını bildirib publikaya işləmək istəyir.

 

Burada bunu demək istədik ki, çox da onun-bunun üçün “əxlaq” normaları təyin etməyin. əvvəlcə özünüz özünüz üçün əməl edəcəyiniz bir əxlaq norması təyin edin və ona əməl edin sonra gəlin söz danışın...

 

Buradan “Əllamə Kamal Heydəri” səhifəsini idarə edənlərə bir daha xatırlatmaq istəyirik ki, inanın özünüz görməsəzdə bataqlığa girmisiz. O qədər də gec deyil. Bu işinizdən əl çəksəniz bizim sizinlə heç bir işimiz yoxdur. Biz yalnız və yalnız azğınlığı yayan Kamal Heydərini ifşa etmək istəyirik. Siz onu qurtarmaq üçün onun olduğu bataqlığa girmisiniz. Bu işdən əl çəksəniz öz xeyrinizədir. 

 

Sonda isə bizi Samir Əzizov, Təbriz Qasımov (Ebelfez Huseyni) və “Kamal Heydəri” səhifəsini idarə edən digər şəxslər üçün yazdıqlarımıza görə hay-həşir salanlar, sizə bir neçə sualımız var. Xatırlayırsınızsa, Samir Əzizovun indi öz səhifəsində kömək üçün sığındığı pənahgahı olan Təbriz Qasımov (Ebelfez Huseyni) açıq-aşkar bizim böyük və görkəmli alimlərimizi “Biharul-Ənvar” kitabının müəllifi Əllamə Məclisini, “Vəsailuş-şiə” əsərinin Hürr Amilini, “Hədaiqun-Nazirə” kitabının müəllifi Şeyx Yusif Bəhranini elm əhli olmayan (cahil) və xarab olmuş balıq adlandıraraq təhqir edəndə hardaydınız? Niyə açıq şəkildə onu bu sözlərinə görə qınamadınız? Məzhəbimizi ayaqda saxlayan bu böyük alimlərimiz üçün bu təhqirlərə niyə göz yumurdunuz? Hal-hazırda həmin adama sığınan Samir Əzizov, harda idin? Və ya indi hardasan? Niyə bu adamın böyük alimlərimizin təhqirlərinə susurdun? İndi nə var sənin təhqirinə öz istifadə etdiyiniz dillə cavab vermişik vay-şüvən salmısız ortaya. Məgər sən bu alimlərdən artıqsan? Sən təhqir etmisən deyə o cavabı almısan, amma yuxarıda adları sadalanan alimlərimiz Təbrizi ki, təhqir etməmişdilər? Niyə onunla indi əlbir olmusan?

Təbrizin həmin alimlərimizi təhqir etməsinin skrini:

Keçək başqa bir məsələyə, bu Təbriz Qasımova (Ebelfez Huseyniyə) danışarkən necə danışmalı olduğunu ətrafındakı dostlar o cümlədən Samir Əzizov o qədər başa salmadı ki, axırda bu şəxs durub özündən yaşca qat-qat böyük olan, dinimizə televiziyadakı xidmətləri ilə, yazdığı onlarla kitab və məqalə ilə xidmət etmiş bir ziyalıya – Natiq Rəhimova və həmçinin Zaur Musayev adlı facebook istifadəçisi olan başqa bir möminə sırf onun fikrinə etiraz etdikləri üçün aşağıdakı təhqirləri yağdırmışdı:

Daha sonra İbrahim Əkbərov adlı Nəcəf tələbəsi ilə olan yazısında isə bu işinə haqq qazandırmağı bir yana bir az da qabağa gedərək təhqiri daha da genişləndirib yazıb: arvadlara məxsus atmaca atmaq. 

Bu əxlaqsız durub ona qarşı fikir bildirənləri “kişilikdən uzaq” “arvadlara məxsus atmaca atmaq” və s. kimi sözlərlə təhqir edib. Hələ bunu haqlı olaraq etdiyini dəfələrlə də deyir. İndi həmin vay-şüvən salam Samir Əzizov və digərləri harda idiniz? Necə olur ki, “Kamal Heydəri” səhifəsi Təbrizin yazısında açıq-aşkar bizi təhqir etdikdə biz ona cavab verərkən bunu “əxlaqsızlıq”, “vicdansızlıq” adlandırırsız, amma bu şəxs digər insanları və hörmətli şəxsləri təhqir edərkən evlərinizdə ölülər kimi sakit otururdunuz? Ədalətiniz bu qədərdimi? Sonda Samir Əzizov və “Əllamə Kamal Heydəri” səhifəsinin bizi təhdid etməsinə cavab verək. Onlar bizim üçün yazıblar ki: “Vallah adamın ağzını cırarlar ki, mən, azğınamsa denən azğınsan, daha şərəf və ləyaqətimlə nə işin var?” Onlara deyirik ki, özünüzə hörmət edirsinizsə, bu cür yazılarınızı silin. Ağız cırmağa qalsa inanın başqasına sırf onun fikirləri ilə müxalif olmasına görə “kişi işi görmürsüz” “arvad işi görürsüz” deyən Təbriz Qasımov kimi şəxslərə və onu müdafiə edən sizlərin sırf bu sözünə görə təkcə ağzını cırmaqla kifayətlənməzlər, hələ üstəlik bu yazdığı təhqirlərdə sifətlərə malik olmadıqlarını yəni kişi olduqlarını həqiqi şəkildə həmin adamlara başa salarlar. Sadəcə qabağınıza özünüzə layiq olan adamlar çıxmayıb. Çıxsaydı bir çox söz və əməlinizə elə layiq olduğunuz cavabı verərdi və siz də ondan sonra söz deyəndə və ya əməl edəndə bir ay gecə gündüz fikirləşib sonra nədə deyərdiniz və ya əməl edərdiniz...

 

Allahdan istəyirik ki, sizi də bizi də hidayət etsin. Hidayət olmayanları isə elə layiq olduqları adamlarla qarşı-qarşıya çıxartsın...