Şeyx Nəzzar Ali-Sunbul / Kamal Heydərinin kitablarının çap edilməsi barədə...


Bismillah

Sallallahu əla Muhəmmədin və alihit-Tahirin

 

Şeyx Nəzzar Ali-Sunbul (h) dəyərli təhqiqatçı alimlərimizdəndir. Hətta onun kitablarından biri 313 saytı tərəfindən dilimizə tərcümə edilir. Bu barədə o saytın idarəçilərindən olan Tural İslam (Ordubadi) adlı facebook istifadəçisi elan verib:

Buna görə də Kamal Heydərinin kitablarının tərcümə edilib yayılması barədə Şeyx Nəzzarın (h) fikri bizim üçün maraqlı oldu. Bu səbəbdən facebook`da ona şəxsi mesaj yazaraq bu barədə sual ünvanladıq. Həmin sual-cavabın screen formasını və tərcüməsini təqdim edirik:

Sual:

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuhu. Biz Azərbaycanda yaşayan bir qrup möminlərik. Xahiş edirik bu məsələ barədə öz rəyinizi bəyan edəsiniz: Kamal Heydəri kimi azğın kəslərin azğın fikirləri olmayan kitablarını çap edib yaymaq olarmı? Bir halda ki, əksər möminlər onun azğın fikirlərini bilmir. Amma qorxuruq ki, bu iş həmin bidətçi şəxsin təbliğinə səbəb olsun. Bu cür şəxslərin kitabını çap etdirib yaymaq həmin şəxsi təbliğ etmək sayılırmı? Bu məsələnin şəri hökmü nədir? Xahiş edirik ki, bu işdə bizə nəsihət edəsiniz.

Cavab:

Məsləhət edirik ki, onun (Kamal Heydərinin) kitabları möminlər arasında yayılmasın.


Bunu da qeyd edək ki, Şeyx Nəzzar öz şəxsi facebook səhifəsində dəfələrlə Kamal Heydərinin azğınlıqlarını ifşa etmişdir. Həmin paylaşımlara baxmaq üçün bu ünvana daxil olun:

https://www.facebook.com/shnezar.sunbul