Şeyx Nəzzar Ali-Sunbul / Kamal Heydərinin kitablarının çap edilməsi barədə...
Kamal Heydərinin kitablarının tərcümə edilib yayılması barədə Şeyx Nəzzarın (h) fikri bizim üçün maraqlı oldu. Bu səbəbdən facebook`da ona şəxsi mesaj yazaraq bu barədə sual ünvanladıq. Həmin sual-cavabın screen formasını və tərcüməsini təqdim edirik:


Ayətullah Seyyid Sadiq Ruhani

Kamal Heydəri barədə verilmiş suallara cavab verir


AYƏTULLAH SEYİD MİLANİNİN KAMAL HEYDƏRİ BARƏDƏ RƏYİ

Sual:

Əhli-Beyt (ə) məzhəbinin müdafiəçisi Cənab Ayətullah seyid Əli Milani,

Biz Nəcəful-əşrəf elmi hövzəsinin bir qrup tələbələriyik. Xahiş edirik ki, lütf edib aşağıdakı suala cavab verəsiniz:

Sizin seyyid Kamal Heydəri barədə, onun bir çox televiziya verilişlərində camaat qarşısında böyük mərcəi-təqlidləri alçaltması və onları təhqir etməsi barədə rəyiniz nədir? Üstəlik belə iddia edir ki, şiənin bir çox hədis irsi hətta "Təfsiri-Qummi" kitabı dəyişdirilmiş və onlar bizə yəhudi Kəb Əhbardan, xristianlardan və məcusilərdən (atəşpərəstlərdən) nəql edilmişdir.

Allah sizə xeyirli mükafat versin və sizi (bizim üçün) zəlalətdən qurtulmaq üçün axtardığımız pənahgah qərar versin!

 

Cavab:

Allahın adı ilə

Əssəlamu əleykum

Bu (Kamal Heydərinin dediyi), batil bir fikirdir. Bu cür fikri bizim kitablarımızdan və hədislərimizdən azca məlumatı olan kəs belə deməz, o ki, qala elm iddiası edən kəs belə bir şey deyə.

Allah bizi nəfslərimizin şərrindən qorusun.

MƏNBƏ:


QUM ELMİ HÖVZƏSİNİN BİR QRUP BÖYÜK USTADININ

KAMAL HEYDƏRİ BARƏDƏ BƏYANATI

Qum elmi hövzəsinin bir qrup ustadları tərəfindən bəyannamə

 

Mehriban və bağışlayan Allahın adı ilə

Bütün həmdlər aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salət və səlam olsun ağamız Muhəmmədə və onun pak ailəsinə.

 

Son zamanlar haqq əqidəyə muxalif olan rəylər və haqq məzhəbin (şiəliyin) zəruri (inkar olunmaz dəlillərlə sübuta yetmiş və hamı tərəfindən qəbul edilən) məsələləri barədə şübhələr zahir olmuşdur. Bu (batil) fikirlərin sahibinə (Kamal Heydəriyə) alimlərin verdiyi (elmi) rəddiyələr təsir etmədiyindən və bu şəxslə danışıqlar fayda vermədiyindən və möminlər tərəfdən müxtəlifyönlü suallar çoxaldığından elmi hövzə - başda iki böyük mərcəi-təqlid Ayətullah əl-üzma Vəhid Xorasani və Ayətullah əl-üzma Safi Gülpayiqani olmaqla - bu şəxsə qarşı aşkar mövqeyini bəyan etdi. Necə ki, əvvəllər də bu kimi şəxslər barədə (elmi hövzə) eyni şeyi etmiş və məzhəbi bidətlərdən, onun əhlini isə zəlalətdən qorumaqla şəri vəzifəsini yerinə yetirmişdir. 

 

Biz də böyük mərceyi-təqlid müctəhidlərimizin verdiyi fətvaya dəstəyimizi aşkar şəkildə bildiririk və möminlərdən o şəxs (Kamal Heydəri), həmçinin elm və əməl cəhətdən rədd edilmiş digər şəxslər barədə ayıq olmağı və onlara qulaq asmamağı tələb edirik.

Hidayət və müvəffəqiyyət Allahın öhdəsindədir.

 

15 Cəmadius-saniyə 1439

 

Əli Rza Hairi

Huseyn Huseyni Şahrudi

Əli Huseyni Milani

Muhəmməd Təqi Şəhidi

Nəcmuddin Təbəsi

Muhəmməd Cavad Ələvi Burucerdi

Muhəmməd Ğərəvi

Muhəmməd Cavad Fazil Lənkərani

Muhsin Fəqihi

Əli Kurani Amili

Məhdi Gənci

Muhəmməd Yəsribi Kaşani

Məhdi Hadəvi Tehrani

 

MƏNBƏ:

Bu BƏYYANNAMƏnin doğruluğu Ayətullah Seyyid Milaninin rəsmi saytı tərəfindən təsdiqlənmişdir:

http://www.al-milani.com/news/news.php?cat=1&itemid=155


Kamal Heydəri barədə mərcəi-təqlid Ayətullah Şeyx İshaq Fəyyaza ünvanlanmış məktub  

Sual:

Cənab Ayətullah əl-üzma Şeyx İshaq Fəyyaz (Allah ömrünüzü uzun etsin), 

Axır zamanlar Kamal Heydəriyə aid olan səs yazısı yayılmışdır. O səs yazısında Əhli-beyt (ə) xəttinə, bu xəttin rəmzi sayılan böyüklərə, həmçinin Seyyid Sistani və digər mərceyi-təqlid müctəhidlərə qarşı hücum edilmişdir. İçərisində böyük mərceyi-təqlid müctəhidlərimizə qarşı hücum olduğu üçün bu səs yazısı möminlər arasında, həmçinin Kamal Heydərinin “mən ələm müctəhidəm” deməyinə görə ona təqlid etməyə başlayan bir çox sadəlövh möminlər arasında böyük bir əks sədaya səbəb olmuşdur. 

Sizdən xahiş edirik ki, Kamal Heydərinin internet səhifəsi tərəfindən inkar olunmayan bu səs yazısındakı şübhələr barədə bizə və möminlərə öz faydalı nəsihətinizi verəsiniz.

 

Cavab:

Allahın adı ilə.

Hər hansı bir şəxsin iddiası bir tək öz iddiası ilə sübuta yetmədiyi halda başqaları üçün necə höccət (dəlil) ola bilər? Möminlər bilməlidirlər ki, istər mərcəiyyət məqamı, istərsə də digər elmi məqamlar elm və xibrə (mütəxəssis) əhlinin şəhadəti olmadan sabit olmur. Bu kimi məsələlərdə yalnız elm və xibrə əhlinin (mütəxəssislərin) şəhadətinə etimad edilməlidir. Bundan başqa yolların isə heç bir dəyəri yoxdur.

 

7 Şəvval 1432 h.

MƏNBƏ:

Qeyd:

Ayətullah Şeyx Fəyyazın cavabından belə məlum olur ki, Kamal Heydəri mərcə deyil, həmçinin elm və xibrə əhli onun mərcəiyyəti barədə şəhadət verməyib.


Ayətullah seyyid Haşim Şahrudi: Kamal Heydəri ya cahildir, ya da düşmən

Download
Mənbə PDF formatda
Ayatullah Shahrudi Kamal Heyderi barede.
Adobe Acrobat Document 180.1 KB

TƏRCÜMƏNİ OXUMAQ ÜÇÜN

<<< DAXİL OLUN >>>


Nəcəf-Əşrəf elmi hövzəsinin bəhsi-xaric ustadlarından olan Ayətullah Əli Əkbər Hairi:

"Kamal Heydəri qətiyyən müctehid deyil!"

Qeyd: Videodakı hissə Seyyidin dərslərinin birindən götürülmüşdür. O, bu dərsində Kamal Heydərinin batil fikirlərindən birinə 21 dəqiqəlik rəddiyə verir. Həmin dərsin bütövü aşağıdakı linkdədir:

https://youtu.be/19PpP8HnzPw


Şeyx Əli Kurani:

"Elə bir adam tanımıram ki, Kamal Heydərinin ictihadına şahidlik etmiş olsun!!"

Qeyd: Bu veriliş, VELAYAT TV televiziya kanalında efirə getmişdir. Kanal Ayətullah Şeyx Məkarim Şirazinin rəhbərliyi altında fəaliyyət göstərir.

Məlumat üçün bu ünvana müraciət edə bilərsiniz:

http://www.velayat.tv/fa/aboutme.php


Ayətullah

Şeyx Bəşir Nəcəfinin

Kamal Heydərinin

azğın fikirlərinə qarşı bəyanatı


Bağışlayan və Mehriban Allahın adı ilə

Ayətullah şeyx Bəşir Nəcəfinin ofisinin bəyanı (Livan şöbəsi)


İmam Huseyn (ə) zülmkar Yəzidə (l) qarşı ayağa qalxdı və onun zəban-halı bu cür idi: (şairin dili ilə) “Əgər Muhəmmədin dini yalnız mənim ölməyimlə qalacaqsa, o zaman ey qılınclar doğrayın məni.”
O, öz şəhadəti ilə yalnız bu əzəmətli dinin ayaqda qalması və davam etməsini istəyirdi. Bu günlər Kamal Heydəri kimi bəzi zəlalət (azğınlıq) əhlinin sabit olan müxtəlif əqidə məsələlərinə hücum etməsini görürük. Hədis qaynaqlarımızda çoxlu “İsrailiyyat” (yəhudidən keçmə məlumatların) olduğunu iddia etməsi, üsuldan olan ədli inkar etməsi və onun mötəzilədən keçmə olduğunu deməsi, məzhəbin böyük alimlərinə iftira atması, Şeyx Mufid, Şeyx Tusi və Seyyid Murtəza kimi böyük alimlərimizə iftirası və onları mötəzilə olmaqda ittiham etməsi, ümum camaatın qarşısında çoxlu çəkilişlərdə böyük mərceyi-təqlidləri alçaltması və təhqir etməsi kimi etdiyi əməllər buna nümunədir...
Buna görə də özümüzə lazım bilirik ki, İmam Huseynin (ə) bizə təqdim etdiyini hifz edək və onun yolu ilə gedib haqq məzhəbin müsəlləmatına (qəbul olunmuş və sabit olan əqidə əsaslarına) qarşı olan hər cür təcavüzün qarşısında dayanaq və möminləri bu azğınlıqda olanların məzhəbimizin düşmənlərinə xidmət sayılan haqq məzhəbin müsəlləmatına qarşı olan fikirlərindən çəkindirək. Bu şəxslərin möminlərə xətəri həmin düşmənlərdən daha böyükdür. Çünki bunlar din libası altındadırlar. 

“De: siz əməl edin. Etdiyiniz əməlləri Allah, Onun Rəsulu və möminlər görürlər.” (Tövbə, 105)

11/11/2013 – 7 Muhərrəm 1435


Bir qrup elmi hövzə ustadları Kamal Heydərinin adını qeyd etmədən onun söylədiyi fikirlər barədə mərcəi-təqlid müctehidlərə məktub yazmışlar. O məktublardan bəzisini aşağıda tərcümələri ilə təqdim edirik:

Ayətullah

Şeyx Bəşir Nəcəfiyə

ünvanlanmış məktub

Bağışlayan və mehriban Allahın adı ilə

 

Cənab mərceyi-təqlid, elmi-hövzənin böyük ustadı Ayətullah ŞEYX BƏŞİR NƏCƏFİ (h) sizin uzun ömür və sağlamlığınız üçün dua etdikdən sonra sizin hüzurunuza İmamət, məsumluq və s. kimi əqidə və İlahi maarif barədə yayılmış sözlərdən bəzisini təqdim edirik. Sizdən xahiş edirik ki, bu fikirlər barədə HAQQ MƏZHƏBİN NƏZƏRİNİ bəyan edəsiniz:

 

1) Bütün din və məzhəbləri qəbul etmək olar.

2) İmam Cavad (əleyhissəlam) İmamətə yetişdikdə uşaq olduğu üçün məsum deyildi. 

3) Peyğəmbərə Quranın mənası nazil olub. Onun quruluşunu (sözlərini və s.) isə Peyğəmbər özü düzəldib. 

4) Şiənin əksər hədisləri İsrailiyyatdandır (Yəhudilərdən keçmədir.)

5) Din və məzhəbin heç bir zəruri olan məsələləri yoxdur. Tənqid və iradın müqabilində heç bir qırmızı xətt yoxdur.

6) Hər bir insanın haqqıdır ki, məsum imamı hesaba çəksin və onu (etdiyi işləri) tənqid etsin. İmamlar da ictihad etmiş bir şəxslərdir.

7) Müəyyən hadisələrin müqabilində Əhli-beytin nümayiş etdirdiyi mövqe və ya sözlər onların ictihadıdır, ilahi hökm deyil.

8) İmam Həsənin (ə) Muaviyə ilə sülh bağlaması tənqid oluna bilər. Çünki bu iş səhv də sayıla bilər.

9) İmam Məhdinin (ə) dünyaya gəlməsi mötəbər bir yolla sübuta yetməyib.

10) İmam Məhdi (ə) zühur etdikdə və hökumət qurduqda, hər bir müsəlmanın ona qarşı çıxmaq haqqı var.

11) Şiələr İmam Əlinin zahidliyini şişirdiblər.

12) Etiqad məsələlərini və şəriət hökmlərini əldə etməyin yeganə mənbəsi Qurandır. Hədislərə gəlincə onlar hər bir zaman və cəmiyyətə aid deyil.

 

Sizdən bu barədə öz nəzərini bildirməyi xahiş edirik. Sizin nəzəriniz bizə şiə məzhəbinin fikrini bəyan etmiş olsun. 

Bu deyilən sözlər barədə mövqeyiniz nədir? Bu sözü deyən şəxs barədə şəri hökm nədir? 

 

Elmi hövzənin bir qrup ustadı

 

18 Cəmadiul-əvvəl, 1439

 

CAVAB:

 

Bağışlayan və mehriban Allahın adı ilə.

Bu deyilən fikirlər HAQQ MƏZHƏB OLAN CƏFƏRİ MƏZHƏBİNƏ MÜXALİFDİR. Bu fikirlərə etiqad bəsləyən şəxs MƏZHƏBDƏN ÇIXMIŞ HESAB OLUNUR.

Allahdan başqa qüdrət və qüvvət sahibi yoxdur.

 

Bəşir Nəcəfi


Ayətullah

Şeyx Vəhid Xorasaniyə

ünvanlanmış məktub

Bağışlayan və mehriban Allahın adı ilə

Cənab mərceyi-təqlid, elmi-hövzənin böyük ustadı Ayətullah ŞEYX VƏHİD XORASANİ (h) sizin uzun ömür və sağlamlığınız üçün dua etdikdən sonra sizin hüzurunuza İmamət, məsumluq və s. kimi əqidə və İlahi maarif barədə yayılmış sözlərdən bəzisini təqdim edirik. Sizdən xahiş edirik ki, bu fikirlər barədə HAQQ MƏZHƏBİN NƏZƏRİNİ bəyan edəsiniz:

 

1) Bütün din və məzhəbləri qəbul etmək olar.

2) İmam Cavad (əleyhissəlam) İmamətə yetişdikdə uşaq olduğu üçün məsum deyildi. 

3) Peyğəmbərə Quranın mənası nazil olub. Onun quruluşunu (sözlərini və s.) isə Peyğəmbər özü düzəldib. 

4) Şiənin əksər hədisləri İsrailiyyatdandır (Yəhudilərdən keçmədir.)

5) Din və məzhəbin heç bir zəruri olan məsələləri yoxdur. Tənqid və iradın müqabilində heç bir qırmızı xətt yoxdur.

6) Hər bir insanın haqqıdır ki, məsum imamı hesaba çəksin və onu (etdiyi işləri) tənqid etsin. İmamlar da ictihad etmiş bir şəxslərdir.

7) Müəyyən hadisələrin müqabilində Əhli-beytin nümayiş etdirdiyi mövqe və ya sözlər onların ictihadıdır, ilahi hökm deyil.

8) İmam Həsənin (ə) Muaviyə ilə sülh bağlaması tənqid oluna bilər. Çünki bu iş səhv də sayıla bilər.

9) İmam Məhdinin (ə) dünyaya gəlməsi mötəbər bir yolla sübuta yetməyib.

10) İmam Məhdi (ə) zühur etdikdə və hökumət qurduqda, hər bir müsəlmanın ona qarşı çıxmaq haqqı var.

11) Şiələr İmam Əlinin zahidliyini şişirdiblər.

12) Etiqad məsələlərini və şəriət hökmlərini əldə etməyin yeganə mənbəsi Qurandır. Hədislərə gəlincə onlar hər bir zaman və cəmiyyətə aid deyil.

 

Sizdən bu barədə öz nəzərini bildirməyi xahiş edirik. Sizin nəzəriniz bizə şiə məzhəbinin fikrini bəyan etmiş olsun. 

Bu deyilən sözlər barədə mövqeyiniz nədir? Bu sözü deyən şəxs barədə şəri hökm nədir? 

 

Elmi hövzənin bir qrup ustadı

 

18 Cəmadiul-əvvəl, 1439

 

CAVAB:

 

Bağışlayan və mehriban Allahın adı ilə.

Bu deyilən fikirlərin hamısı İMAMİYYƏ ŞİƏLƏRİNİN müsəlləm (hamı tərəfindən tam qəbul edilmiş) əqidələrinə MÜXALİFDİR

 

Vəhid Xorasani


Ayətullah

Şeyx Safi Gülpayiqaniyə

ünvanlanmış məktub

Bağışlayan və mehriban Allahın adı ilə

Cənab mərceyi-təqlid, elmi-hövzənin böyük ustadı Ayətullah ŞEYX SAFİ GULPAYİQANİ (h) sizin uzun ömür və sağlamlığınız üçün dua etdikdən sonra sizin hüzurunuza İmamət, məsumluq və s. kimi əqidə və İlahi maarif barədə yayılmış sözlərdən bəzisini təqdim edirik. Sizdən xahiş edirik ki, bu fikirlər barədə HAQQ MƏZHƏBİN NƏZƏRİNİ bəyan edəsiniz:

 

1) Bütün din və məzhəbləri qəbul etmək olar.

2) İmam Cavad (əleyhissəlam) İmamətə yetişdikdə uşaq olduğu üçün məsum deyildi. 

3) Peyğəmbərə Quranın mənası nazil olub. Onun quruluşunu (sözlərini və s.) isə Peyğəmbər özü düzəldib. 

4) Şiənin əksər hədisləri İsrailiyyatdandır (Yəhudilərdən keçmədir.)

5) Din və məzhəbin heç bir zəruri olan məsələləri yoxdur. Tənqid və iradın müqabilində heç bir qırmızı xətt yoxdur.

6) Hər bir insanın haqqıdır ki, məsum imamı hesaba çəksin və onu (etdiyi işləri) tənqid etsin. İmamlar da ictihad etmiş bir şəxslərdir.

7) Müəyyən hadisələrin müqabilində Əhli-beytin nümayiş etdirdiyi mövqe və ya sözlər onların ictihadıdır, ilahi hökm deyil.

8) İmam Həsənin (ə) Muaviyə ilə sülh bağlaması tənqid oluna bilər. Çünki bu iş səhv də sayıla bilər.

9) İmam Məhdinin (ə) dünyaya gəlməsi mötəbər bir yolla sübuta yetməyib.

10) İmam Məhdi (ə) zühur etdikdə və hökumət qurduqda, hər bir müsəlmanın ona qarşı çıxmaq haqqı var.

11) Şiələr İmam Əlinin zahidliyini şişirdiblər.

12) Etiqad məsələlərini və şəriət hökmlərini əldə etməyin yeganə mənbəsi Qurandır. Hədislərə gəlincə onlar hər bir zaman və cəmiyyətə aid deyil.

 

Sizdən bu barədə öz nəzərini bildirməyi xahiş edirik. Sizin nəzəriniz bizə şiə məzhəbinin fikrini bəyan etmiş olsun. 

Bu deyilən sözlər barədə mövqeyiniz nədir? Bu sözü deyən şəxs barədə şəri hökm nədir? 

 

Elmi hövzənin bir qrup ustadı

 

18 Cəmadiul-əvvəl, 1439

 

CAVAB:

 

Bağışlayan və mehriban Allahın adı ilə.

Bu deyilən fikirlərrin hamısı İMAMİYYƏ ŞİƏLƏRİNİN müsəlləm (hamı tərəfindən tam qəbul edilmiş) əqidələrinə MÜXALİFDİR. Azdırıcı fitnələrdən Allaha pənah aparırıq.

 

Lütfullah Safi Gulpayiqani