Ğulam Əli AbduzZehra`nın Mübariz Rəhimov qardaşa müraciəti
Hörmətli Mubariz Rehimov! Əvvəla deyim ki, mən bu yazını şəxsim adından yazıram. Burda yazılanlar da özümdən başqa heç kimin rəyini əks etdirmir. Gələk mülahizələrimizə.


SEYYİD HƏKİMƏ (h) ATILAN İFTİRAYA CAVAB
İlk öncə demək istərdik ki, bu məqalənin əsas yazılma səbəbi Müqəddəs hədis irsimizin Kamal Heydəri və onun kimi hədis “İŞİD”çilərindən qorunmasıdır. İkinci səbəb isə, Kamal Heydəri və onun ardıcıllarının böyük alim Seyyid Muhəmməd Səid əl-Həkim və onun timsalında başqa böyük alimlərimizin sözlərini təhrif edərək onlara nisbət verdikləri uydurma sözlərin və fikirlərin şərrindən müdafiə etməkdir.


"KAMAL HEYDƏRİ" SƏHİFƏSİNİN NÖVBƏTİ BİABIRÇILIĞI
Deməli təki Kamal Heydəri müdafiə olunsun deyə siz bu yazınızda Şeyx Vəhid Xorasanini, Şeyx Safi Gülpəyqanini, Şeyx Bəşir Nəcəfini və Şeyx Ali Muhsini iftiraçı və yalançı çıxartmağa çalışmısız. “Təki ağam batmasın” prinsipi başınızın üzərindən əskik olmur. Sizin də idarəçiliyində və işlərinin tənzimlənməsində iştirak etdiyiniz 313news saytı və onun idarəçisi Tural Ordubadi dünənə qədər Azərbaycan xalqına “Müsəlmanların xəlifəsi kimdir?” kitabının müəllifi Şeyx Ali Muhsini gözəl və məzhəbi müdafiə edən biri kimi tanıtdırırdı. Amma sizin səhifə bəyan edir ki, sən demə Şeyx Ali Muhsin iftiraçı biriymiş..


"Əllamə Kamal Heydəri" səhifəsinin paylaşdığı bir videoya cavab
"Əllamə Kamal Heydəri" səhifəsinin istifadəçilərinə xüsusən Samir Azizov qardaşa yenə də məsləhət olaraq deyirik ki, "Kamal Heydəri bataqlığı" çox acımasız və dərin bir bataqlıqdır. Biz nə qədər çalışsaq da ki, siz və sizə etimad edənlər o bataqlığa düşməsinlər, yenə də sizin batmaq istəyində israrlı olduğunuzu görürük. Özünüzə yazığınız gəlmirsə, heç olmasa məlumatsız bacı və qardaşlara yazığınız gəlsin.


"Qum tələbəsi" adına layiq olmayan Təbrizin İFTİRASI
"Əllamə Kamal Heydəri" səhifəsində dünən (28.03.2018) "Qum tələbəsi" adına layiq olmayan Təbrizin bizim "Qum tələbəsi Təbrizin Ayətullah Həkimə (h) iftirası" adlı paylaşdığımız məlumata "cavabı" dərc edilib. İlk öncə bu səhifənin istifadəçilərinə məsləhət olaraq deyirik ki, əgər bizim paylaşımlarımıza tədlis və yalandan uzaq şəkildə cavab vermək niyyətiniz varsa, bu tələbənin yazılarına etimad etməyin. Çünki, bunun muğalətə və tədlislə dolu "cavabları" ilə biabır olmaqdan başqa bir yolunuz qalmayacaq.


Facebook`da "Əllamə Kamal Heydəri" səhifəsi ilə ƏbdülMuntəqim Muntəqimi adlı istifadəçi arasında yazışma.
Facebook`da bəzi Kamal Heydəri müdafiəçiləri "Əllamə Kamal Heydəri" adında səhifə açıblar. Onlar bu səhifədə Kamal Heydərinin vəhhabilərə qarşı olan çıxışlarını paylaşmaqla insanların zehnində bu şəxs haqqında müsbət fikirlər formalaşdırmağa çalışırlar. Saytımızda paylaşdığımız məlumatlara qarşı isə heç bir cavab verə bilmirlər. Dünən (27.03.2108) ƏbdülMuntəqim Muntəqimi adlı istifadəçi ilə həmin səhifənin admini arasında qısa yazışma baş tutmuşdur. Həmin yazıların skrin formasını sizlərə təqdim edirik..


Qum tələbəsi Təbrizin Ayətulah Seyyid Həkimə (h) atdığı iftira
Gördüyünüz bu skrin edilmiş şəkildəki yazı Qum tələbəsi Təbrizə aiddir. O, azğın Kamal Heydərinin fikirlərindən təsirlənərək sosial şəbəkələrdə onun fikirlərini yaymaqla məşğuldur. Bu yazısında Ayətullah Seyyid Səid Həkimin əksər hədislərin təhrif olduğunu dediyini iddia edir.



FACEBOOK`DA BAŞ VERMİŞ FİKİR MÜBADİLƏSİ
Bir müddət öncə bu yazışmanı "münazirə" adı ilə saytımıza yerləşdirmişdik. Tərəflərdən biri, yəni, Samir Əzizov bu yazışmanın saytımızda icazəsiz və "münazirə" adı ilə paylaşmağımızdan narazıçılıq etmişdi. Sonra isə digər tərəf olan ƏbdülMuntəqim adlı profilin sahibi də ondan icazə almadığımızı və bu səbəbdən yazının silinməsinin məsləhətli olduğunu yazmışdı. Düzdür, ikinci tərəf yazısının saytımızda paylaşılmasında bir problemin olmadığını da vurğulayıb. Biz də bu sözləri yazan hər iki tərəfə hörmət əlaməti olaraq yazını saytımızdan sildik. Sonradan isə tərəflərdən biri olan Samir Əzizovun müxtəlif yerlərdə Kamal Heydərini müdafiə edərək tərif etdiyini gördük.Halbuki, özü Kamal Heydəri barədə müəyyən məqamları hələ araşdırmadığını açıq-aşkar qeyd etmişdi. Bu səbəbdən həm bu yazını, həm də bundan sonra ümumidə paylaşılan və Kamal Heydərini müdafiə xarakterli hər hansı önəmli başqa yazıları da saytımızın yeni FACEBOOK bölümündə yerləşdirəcək və facebookda onlara verilmiş tutarlı cavabları da qeyd edəcəyik. Tutarlı cavab görmədikdə isə, özümüz cavab verməyə çalışacağıq.


Kamal Heydərinin müdafiəçilərindən biri Tural İslam (Ordubadi): "Kamal Heydəri hidayət çırağı deyil bəs nədir?"