"Əllamə Kamal Heydəri" səhifəsinin paylaşdığı bir videoya cavab


Bismillah

Sallallahu əla Muhəmmədin və alihit-Tahirin

 

Yuxarıda gördüyünüz bu videonun əvvəli facebook`da "Əllamə Kamal Heydəri" adlı səhifə tərəfindən tərcümə edilərək "Seyyid Kamal iftiraya cavab verir" ünvanı ilə paylaşılıb. Aşağıda həmin paylaşımın skrin formasını təqdim edirik:

İlk öncə bunu qeyd edək ki, facebook`da Samir Azizov adlı Kamal Heydəri müdafiəçisi ilə ƏbdülMuntəqim Muntəqimi arasında baş vermiş müzakirədə ikinci tərəf bu irada cavab vermişdi. Həmin müzakirə saytımızda bu ünvanda dərc edilib:

https://www.ihticac.com/facebook/fb-mubadile/

Həmin yazışmada Samir Azizov bu videonun linkini "Seyyidə atılan iftiranın cavabı" adı ilə paylaşmışdı. Həmin şərhin (kommentin) skrin edilmiş şəkili budur:

ƏbdülMuntəqim Muntəqimi adlı istifadəçi isə ona belə cavab vermişdi:

Bu müzakirəni oxuyanlar bilirlər ki, Samir Azizov bu yazıya cavab vermədi və sonda araşdırmağa ehtiyac duyduğu məqamların olduğunu etiraf edib susmağa üstünlük verdi. Lakin nədənsə Samir Azizovun da idarəçisi olduğu "Əllamə Kamal Heydəri" səhifəsi bir müddət sonra məhz həmin videonun əvvəlini tərcümə edərək paylaşdı. Bu tərəfi əlbəttə ki, bizim üçün elə də mühüm deyil...

 

Xülasə, keçək əsas mətləbə.

Görünən budur ki, bu şəxslər özləri üçün nümunə qərar verdikləri azğın Kamal Heydəri kimi tədlis edərək camaatı aldatmağı çox sevirlər. Bəli, "Kamal Heydəri İmam Mehdinin (ə) doğulması ilə bağlı iftiraya cavab verir"- adı ilə video paylaşırlar, bununla da məlumatsız qardaş və bacılar belə başa düşür ki, bu yazığın heç bir günahı yox imiş, haqqında paylaşılanların hamısı iftira imiş.

 

Kamal Heydəriyə heç kim iftira atmayıb. Əgər kimsə hardasa belə söz də demiş olsa, bizim onunla işimiz yoxdur. Çünki biz, dəyərli şiə alimlərmizin sözlərini və bəyanatlarını yayıb, onların göstərişlərinə əməl edirik. Ümumiyyətlə  dəyərli şiə alimləri bu cür şeylərdən uzaqdır. Ola bilsin Heydəri eşqi sizlərin gözünüzü o qədər tutub ki, dediyiniz sözlərin nələrə şamil olduğunun heç fərqinə varmırsınız...

 

Kamal Heydəriyə edilən irad budur ki, o, "HƏDİSLƏR VASİTƏSİLƏ İMAM ZAMANIN (ə.f.) DOĞULMASINI İSBAT ETMƏK MÜMKÜN DEYİL!"-deyir!! Heç olmasa qoyduğunuz videoya axıra qədər qulaq asmısınızmı? Bu videonun özündə belə hədis vasitəsilə bunu isbat etmək olmaz deyir. Hələ arada İmam Zamanla görüşmə qissələrini də lağa qoyur ki, bununla işimiz yoxdur. Bu iddianın cavabı dəyərli alim Ayətullah Xəbbaz Munir (h) tərəfindən verilib:

Kamal Heydəri şərafətli hədislərmizin böyük əksəriyyətini yəhudi, xaçpərəst və atəşpərəst tör-töküntüsü (əstəğfirullah) saydığına görə İmam Zamanın (əccələllahu fərəcəh) mübarək mövludunun hədislərlə isbat olmasını qeyri-mümkün hesab edir. Əgər kimsə, onun əksərdən də çox hədislərmizi yəhudi uydurmaları adlandırdığını bilmirsə bu videoda öz dilindən eşidə bilər:

Bəli, bu azğın şəxs İmam Zaman ağanın (əccələllahu fərəcəh) doğulması barədə olan hədislərin TƏVATÜR HƏDDİNDƏ olmasına baxmayaraq onları inkar edir. Niyə?! Çünki bunun batil əqidəsində onların hamısı YƏHUDİ UYDURMASIDIR!! Heydərinin bu savadsız və azğın fikrinə dəyərli alim Ayətullah Şeyx Baqir İrəvani (h) isə belə cavab verir:

Kamal Heydəri barədə deyilən söz budur ki, o, İmam Zaman ağanın (əccələllahu fərəcəh) doğulması ilə bağlı nəql edilmiş hədislərin mötəbərliyini inkar edir və bu yolla o həzrətin doğulmasının isbatını qeyri-mümkün sayır. Burada ona verilən əsas cavab budur ki, həmin şərafətli hədislər TƏVATÜR HƏDDİNDƏDİR. Təvatür hədislərdə isə sənəd axtarmağa ehtiyac yoxdur. Təvatür elə öz-özlüyündə əminlik gətirdiyinə görə höccətdir. Bu cür müsəlləm bir məsələni isə inkar etməyin səbəbi budur ki, o, bu hədisləri yəhudi uydurmaları sayır deyə təvatürü belə qəbul etmir.

Bu azğın Heydəri deyir ki, İmam Zamanın (əccələllah fərəcəh) var olması yalnız və yalnız irfani yolla sübuta yetirilə bilər!!! Hədislər yolu ilə sübuta yetirilə bilməz!! Niyə bu hissələri tərcümə etmirsiniz bəs? Halbuki, bunu əvvəlini tərcümə etdiyiniz videoda deyir.

 

Kamal Heydərinin İmam Zamanla (əccələllahu fərəcəh) bağlı bu söhbətlərinə gələn ikinci əsas irad budur ki, o, Həzrətin doğulmasını bildirən hədisləri inkar etmək üçün Ayətullah əl-üzma Seyyid Xoyiyə (r) iftira atır. Bildirir ki, Seyyid Xoyinin (r) mənhəcinə əsasən İmam Zaman ağanın (əccələllahu fərəcəh) doğulması hədislər vasitəsilə sübuta yetmir!! Yaxşı olardı ki, azğın Kamal Heydəri bu videoda həmin iftiradan danışardı. Daha alimlərin haqlı iradını "MƏNƏ DEYİRLƏR SƏN İMAM ZAMANI İNKAR EDİRSƏN" kimi təqdim edib özünü məzlum göstərməzdi... Seyyid Xoyinin (r) hədis mənhəcinə əsasən İmam Zamanın (əccələllahu fərəcəh) doğulması sübuta yetmir demək ƏN BÖYÜK YALAN VƏ ƏN BÖYÜK İFTİRADIR!! ƏbdülMuntəqim Muntəqimi adlı istifadəçi Samir Azizova cavab verərəkən bu mətləbi qeyd etmişdi deyə, onun üzərində çox dayanmırıq (həmin yazının skrin şəkli yuxarıda dərc edilib).

 

"Əllamə Kamal Heydəri" səhifəsinin istifadəçilərinə xüsusən Samir Azizov qardaşa yenə də məsləhət olaraq deyirik ki, "Kamal Heydəri bataqlığı" çox acımasız və dərin bir bataqlıqdır. Biz nə qədər çalışsaq da ki, siz və sizə etimad edənlər o bataqlığa düşməsinlər, yenə də sizin batmaq istəyində israrlı olduğunuzu görürük. Özünüzə yazığınız gəlmirsə, heç olmasa məlumatsız bacı və qardaşlara yazığınız gəlsin.

 

ihticac.com