Bu, Kamal Heydərinin azğın fikirlərindən təsirlənmiş və onun fikirlərini sosial şəbəkələrdə yayan Ebelfez Huseyni nikli Qum tələbəsi Təbrizin facebook`da yazdığıdır. 

Ayətullah Seyyid Səid Həkimin (h) dəftərinin bu barədə verdiyi cavab

Sual (10 Cəmadius-sani, 1439 h.q.):

Mən görmüşəm ki, cənab seyyid Kamal Heydəri azı üç xaric dərsində Ayətullah Seyid Muhəmməd Səid Həkimin "əl-Muhkəm fi usulil-fiqh" kitabına istinad edərək iddia edir ki, o (Ayətullah Həkim), əksər hədislərdə dəyişdirilmə, yalan və uydurma ehtimalı olduğunu deyir. Bu iddia düzgündür?

 

Cavab:

Xeyr. Düzgün deyil. "əl-Muhkəm" kitabının özünə müraciət etsəniz görərsiniz ki, o (Ayətullah Həkim), bu nəzəri (başqalarının etdiyi) irad adı ilə qeyd edir, daha sonra isə bu irada geniş cavab verir.