KAMAL HEYDƏRİ VƏ SƏQƏLEYN HƏDİSİ
Deməli, əziz möminlər, "Əllamə Kamal Heydəri" səhifəsində nəyə görə dünən bu statusun paylaşılmış olduğunu bildiniz. Çünki səhifənin idarəçisi Samir Azizov "qara məni basınca qoy qaranı mən basım" prinsipi ilə cəld davranmağa çalışıb. Amma yenə də bataqlıqdan nə özü çıxa bildi, nə də ağası Heydərini çıxarda bildi.


Kamal Heydəri Ayətullah Həkimin (h) adından yalan danışır

Kamal Heydəri: Qiyamət günü Əbu-bəkr və Ömər şiələri hesaba çəkəcək.


KAMAL HEYDƏRİNİN YALANI


Kamal Heydəri: Şiə hədis irsinin əksərindən çoxu yəhudilərdəndir

Bu videoda 4 il əvvəl Kamal Heydəri şiə hədislərinin bir çoxunun yəhudilərdən nəql edildiyini iddia edirdi.

Maraqlıdır ki, Kamal Heydəri bu videoda hətta "Təfsiri-Qummi" kitabının yəhudilərdən nəql edildiyini iddia etdikdən sonra belə deyir: "Deyəcəksən ki, axı Xoyi bu kitabı səhih bilirdi. Əzizim, bu elmi bir bəhsdir." Görəsən bu necə elmi bir bəhsdir ki, gedib alimlərlə bəhs etmir, əvəzində televiziyaya çıxıb milyonlarla islam düşməninin qarşısında bunları deyir, nəticədə isə, vəhhabilərin əlinə bu cür material vermiş olur?!!

 

Aşağıdakı video isə Kamal Heydərinin bu iddiasından 4il keçdikdən sonra çəkilmişdir. O, bu videoda şiə hədis irsinin nəinki bir çoxunun demək olar ki, hamısının yəhudilərdən nəql edildiyini iddia edir!!

Buyurun özünüz izləyin: 

Bununla da Kamal Heydərinin azğın və zəlalətdə olması bir daha sübuta yetmiş olur!!

Alimlərimizin Heydərinin bu sözü barədə dedikləri:

Ayətullah Şahrudi: Kamal Heydəri ya cahildir ya da düşmən

DAVAMINI OXU >>>

Ayətullah Seyyid Sadiq Ruhani: Ən pis düşmənlərimizin belə bizim əzəmətli hədis irsimizə qarşı törətdiyi cinayəti bu sözü deyənin (Kamal Heydərinin) cinayətindən daha böyük bilmirəm.

MƏNBƏ:

http://www.rohani.ir/ar/idetail/6365/


Kamal Heydəri: Allaha şərik qoşana Qiyamət günü savab veriləcək - əgər dəlili olsa

Kamal Heydəriyə görə əgər müşriklərin dəlili varsa, onlar nəinki üzürlüdür, hətta buna görə onlara savab da veriləcək. Bundan əlavə bu videoda açıq-aşkar Əhli-beytə təvəssül etməyin şirk olduğunu deyənlərin (vəhhabilərin) özlərinə görə dəlili varsa, bu işi şirk bilmələrinin düzgün olduğunu deyir. Qeyd edək ki, son illər ərzində sırf təvəssülü şirk bildiklərinə görə vahhabilər minlərlə insanı qətlə yetirmişlər. Belə çıxır ki, əgər dəlilləri varsa onlar Allah yanında üzürlüdürlər. O zaman, bəzi sünni alimlərinin sözünə də gərək irad etməyək. Çünki onların bəzisi deyir ki, Yezid İmam Huseyni (ə) qətl edərkən günah etməyib çünki onun dəlili vardı.


Kamal Heydəri Ayətullah Xoyi və Ayətullah Sistanini təhqir edir


Kamal Heydəri İmam Əlinin (ə) zahidliyinə istehza edir


Kamal Heydəri: "Gərək məsum İmamı HESABA ÇƏKƏK!"


Kamal Heydəri: "Məgər imamət xeyriyyə müəssisəsidir ki, insanlara yardım etsin?"