Цвет фона под заголовком

VƏHHABİ saytında Kamal Heydəri yaydığı azğın fikirlərə görə təriflənir!

Məqalənin adı: 

"Kamal Heydəri... Şiə hədis ədəbiyyatını sorğulayan nüfuzlu bir şəxs."

 

Həsən Mustafa adlı bu şəxsin yazdığı "Kamal Heydəri... Şiə hədis ədəbiyyatını sorğulayan nüfuzlu bir şəxs" - adlı məqalə vahhabi fikirlərini yayan məşhur "alarabiya" kanalının saytında nəşr edilib. Məqalə müəllifi Kamal Heydərini "geridə qalmış" və "xurafatla" dolu olan, əsasını "yəhudi və xristianlıqdan keçmə" fikirlər təşkil edən şiə hədis ədəbiyyatını "təmizləməyə" çalışdığı üçün tərifləyir. Sonradan Kamal Heydərinin Fəzlullahın yolunu getdiyini bəyan edir. Məqalənin axırında isə Kamal Heydərinin əleyhinə bəyanat vermiş şiə hovzələrini və onlarla şiə mərceyi-təqlid və müctəhid alimlərinin sahib olduqları "geridə qalmışlıq" və "xurafatın" Kamal Heydəri tərəfindən təhlükəyə düşdüyü üçün məcbur qalıb Kamal Heydəri əleyhinə çıxdıqlarını bildirir. 

MƏNBƏ:

alarabiya.net

 

İndi özünüz düşünün gecə-gündüz şiəlik əleyhinə fəaliyyət göstərən və şiənin açıq-aşkar düşməni olan "alarabiya" kanalı niyə öz saytında Kamal Heydərini belə tərif edir?

Onların Kamal Heydəri üçün dedikləri bu tərifi eyni ilə bizim Kamal Heydəri müdafiəçiləri bəyan etmirmi?
Nə zaman ayılacaqsınız?! Nə zamana qədər bu şəxsi insanlara "əllamə", "ayətullah" və "hidayət çırağı" kimi tanıtdırmağa davam edəcəksiniz? Hələ utanmaz-utanmaz da deyirsiniz ki, "hidayət çırağı deyil bəs nədir?".


Bu videoda Kamal Heydəri şiə hədislərinin çoxunun Yəhudi və Xristianlar tərəfindən nəql edildiyini deyir. Muxaliflər bunu öz youtube kanallarında "Şiə alimi Kamal Heydəridən şiələri şok edəcək HƏQİQƏTLƏR" adı ilə paylaşıblar. Yəni onlar demək istəyirlər ki, "biz illərdi şiə məzhəbinin yəhudi və xristianlar tərəfindən yaradıldığını iddia edirik, amma sözümüzə inanan yoxdur. Buyurun, şiə aliminin özü bu həqiqəti etiraf edir."


Yuxarıda gördüyünüz bu şəkil müxaliflərin "minhacus-sunnə" adlı telegram kanalından screen edilərək götürülüb. Kamal Heydərinin videosunu paylaşdıqdan sonra aşağıda belə yazıblar:

"Ayətullah Heydəri etiraf edir ki, şiələrin kitablarında yəhudi əli var."


Yuxarıda gördüyünüz şəkildə muxaliflərdən biri öz profilində belə bir status paylaşıb:

Kamal Heydəri etiraf edir ki, şiə hədisləri dəyişdirilmiş və onlar bizə Kəbul-əhbardan, yəhudilərdən, xristianlardan və məcusilərdən nəql edilmişdir.

Kamal ibn Baqir ibn Həsən Heydəri şiələrin mərcəi-təqlididir.