Kamal Heydəri Əllamə Kuleyninin (r) adından yalan danışır
Gördüyünüz bu video Kamal Heydərinin yalançı və ya cahil olmasının nümunələrindən biridir. Belə ki, o, bu videoda "əl-Kafi" kitabının müəllifi Əllamə Şeyx Kuleyninin (r) adından yalan danışaraq iddia edir ki, Kuleyni (r) İmam Əlini (əleyhissəlam) digər peyğəmbərlərdən fəzilət cəhətdən aşağı bilirdi...




Ayətullah seyyid Haşim Şahrudi: Kamal Heydəri ya cahildir, ya da düşmən


Mərceyi-təqlid və İran İslam Respublikasında “Nizamın məsləhətini təyin edən toplantı”-nın başçısı Ayətullah seyyid Haşim Şahrudinin Kamal Heydərinin məşhur “şiə hədis irsinin çoxu Kəb Əhbardan, yəhudilərdən, xristianlardan və məcusilərdən (atəşpərəstlərdən) keçib və onlardan nəql olunub” - iddiasına verdiyi cavab

DAVAMINI OXU >>>



"Gərək məsum İmamı hesaba çəkək" iddiasına cavab


Bu şəxs insanların zehnini bu cür azğın fikirlərə zəhərləyərək, imamların məqamına qarşı hörmətsizlik edir və insanlarda imamət əqidəsi barədə batil bir fikir formalaşdırır. Dini mətnlərə müraciət edən hər bir şəxs, insanların məsum imamı hesab çəkmək kimi bir haqqının olmadığını açıq-aşkar görə bilər. Hətta məsələ tam əksinədir, yəni məsuma sorğu-sualsız tabe olmaq vacibdir.

DAVAMINI OXU >>>


Ayətullah Baqir İrəvani / Kamal Heydərinin İmam Məhdinin (ə) doğulması ilə bağlı şübhəsinə cavab


Ayətullah Munir Xəbbaz Kamal Heydərinin azğın fikirlərindən birinə cavab verir


Ayətullah İrəvani Kamal Heydərinin "İmamı (ə) hesaba çəkməliyik" sözünə cavab verir


Seyyid Huseyn əl-Həkim

Kamal Heydərinin azğın fikirlərindən birinə cavab verir


Ayətullah Təbrizinin (r) ofisinin Kamal Heydərinin böhtanına verdiyi cavab

Allahın adı ilə

Sosial şəbəkələrdə Zallun Muzill (özü azğınlıqda olan və başqalarını da azğınlığa aparan) Kamal Heydəridən nəql olunub ki, mərhum mərceyi-təqlid Ayətullah şeyx Mirza Cavad Təbrizi (r) üçün Xanım Fatimeyi-Zəhranın (s) qabırğasının sındırılması sabit deyildi. Bu iftira və böhtandır. Bu iftira və böhtanın bilərəkdən böhtan atan və atdığı böhtanları cəmiyyətdə yayan bu şəxs kimi (Kamal Heydəri kimi) şübhəli adamlardan çıxması təəccüblü deyil. Necə ki, bu şəxsdən (Kamal Heydəridən) müasir və müasir olmayan böyük şəxslərə nisbətdə də iftiralar çıxmışdır. Həqiqətən Allahdanıq və ona doğru qayıdacağıq.


Mirza Cavad Təbrizinin (r) bu məsələ barədə mövqeyi məruf və məşhurdur. O, Xanım Zəhranın (s) başına gətirilmiş müsibətləri, xüsusən Xanım Zəhranın (s) qabırğasının sındırılmasını isbat etmək üçün bütün vücudunu və qüdrətini qurban vermişdir. Onun güclü dayanışı və səyi nəticəsində bir çox şiə məntəqələrində “əyyami Fatimiyyə” (Xanım Zəhranın günləri) ikinci Aşura günü kimi qeyd olunur. Allahın salamı olsun ona doğulduğu, öldüyü və diriləcəyi gün.

 

Ayətullah şeyx Mirza Cavad Təbrizinin (r) dəftəri

 

Qum şəhəri, 19 Cəmadiul-əvvəl, 1439-cu il (6 fevral, 2018)