Kamal Heydəri: Allaha şərik qoşana Qiyamət günü savab veriləcək - əgər dəlili olsa

Kamal Heydəriyə görə əgər müşriklərin dəlili varsa, onlar nəinki üzürlüdür, hətta buna görə onlara savab da veriləcək. Bundan əlavə bu videoda açıq-aşkar Əhli-beytə təvəssül etməyin şirk olduğunu deyənlərin (vəhhabilərin) özlərinə görə dəlili varsa, bu işi şirk bilmələrinin düzgün olduğunu deyir. Qeyd edək ki, son illər ərzində sırf təvəssülü şirk bildiklərinə görə vahhabilər minlərlə insanı qətlə yetirmişlər. Belə çıxır ki, əgər dəlilləri varsa onlar Allah yanında üzürlüdürlər. O zaman, bəzi sünni alimlərinin sözünə də gərək irad etməyək. Çünki onların bəzisi deyir ki, Yezid İmam Huseyni (ə) qətl edərkən günah etməyib çünki onun dəlili vardı.