QUM ELMİ HÖVZƏSİNİN BİR QRUP BÖYÜK USTADININ

KAMAL HEYDƏRİ BARƏDƏ BƏYANATI

Qum elmi hövzəsinin bir qrup ustadları tərəfindən bəyannamə

 

Mehriban və bağışlayan Allahın adı ilə

Bütün həmdlər aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salət və səlam olsun ağamız Muhəmmədə və onun pak ailəsinə.

 

Son zamanlar haqq əqidəyə muxalif olan rəylər və haqq məzhəbin (şiəliyin) zəruri (inkar olunmaz dəlillərlə sübuta yetmiş və hamı tərəfindən qəbul edilən) məsələləri barədə şübhələr zahir olmuşdur. Bu (batil) fikirlərin sahibinə (Kamal Heydəriyə) alimlərin verdiyi (elmi) rəddiyələr təsir etmədiyindən və bu şəxslə danışıqlar fayda vermədiyindən və möminlər tərəfdən müxtəlifyönlü suallar çoxaldığından elmi hövzə - başda iki böyük mərcəi-təqlid Ayətullah əl-üzma Vəhid Xorasani və Ayətullah əl-üzma Safi Gülpayiqani olmaqla - bu şəxsə qarşı aşkar mövqeyini bəyan etdi. Necə ki, əvvəllər də bu kimi şəxslər barədə (elmi hövzə) eyni şeyi etmiş və məzhəbi bidətlərdən, onun əhlini isə zəlalətdən qorumaqla şəri vəzifəsini yerinə yetirmişdir. 

 

Biz də böyük mərceyi-təqlid müctəhidlərimizin verdiyi fətvaya dəstəyimizi aşkar şəkildə bildiririk və möminlərdən o şəxs (Kamal Heydəri), həmçinin elm və əməl cəhətdən rədd edilmiş digər şəxslər barədə ayıq olmağı və onlara qulaq asmamağı tələb edirik.

Hidayət və müvəffəqiyyət Allahın öhdəsindədir.

 

15 Cəmadius-saniyə 1439

 

Əli Rza Hairi

Huseyn Huseyni Şahrudi

Əli Huseyni Milani

Muhəmməd Təqi Şəhidi

Nəcmuddin Təbəsi

Muhəmməd Cavad Ələvi Burucerdi

Muhəmməd Ğərəvi

Muhəmməd Cavad Fazil Lənkərani

Muhsin Fəqihi

Əli Kurani Amili

Məhdi Gənci

Muhəmməd Yəsribi Kaşani

Məhdi Hadəvi Tehrani

MƏNBƏ:

Bu BƏYYANNAMƏnin doğruluğu Ayətullah Seyyid Milaninin rəsmi saytı tərəfindən təsdiqlənmişdir:

http://www.al-milani.com/news/news.php?cat=1&itemid=155